
Bütün sinif “2” aldı
Məktəb rəhbərliyi işdən qovuldu
Məktəb rəhbərliyi işdən qovuldu
Arxeoloqları öldürən göbələk xərçəngin müalicəsində istifadə edilə bilər
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
... və “epoxe” prinsipi haqqında
Fransa kəşfiyyatı ölkədəki müsəlmanları “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham edir
Məşhur şirkət türk əsilli işçiyə sonda sürpriz edib
Ekipaj üzvləri həlak oldu
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
... Yaxud “Namaz hansı dildə qılınmalıdır?” polemikasına bir baxış
İslam dünyasının üç aparıcı ölkəsindən ikisi (Səudiyyə Ərəbistanı və İran) müsəlman ölkələrinə pis nümunə olmağa davam edir.
Səudiyyə sünni, İran isə fars-şiə məzhəbçiliyini, təəssübkeşliyini qızışdırmaqdadır.
Bu baxımdan, Səudiyyədə çəkilən və mübarək Ramazan ayının ilk günlərindən yayımlanmağa başlayan 30 seriyadan ibarət “Müaviyə” serialının Ərəb dünyasında qalmaqala səbəb olması heç də təsadüfi deyil.
Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi haqqında çəkilən və 100 milyon dollarlıq büdcəyə başa gələn bu təxribatçı serialın əsas hədəfi İslam tarixinin ən kritik, böhranlı dövrlərindən biri sayılan Müaviyə dönəmi ilə bağlı həqiqətləri üzə çıxarmaq və bütün müsəlmanları maraqlandıran o dönəmlə bağlı suallara tutarlı cavablar tapmaq yox, əksinə, qaşınmayan yerdən qan çıxartmaq, məzhəblər arasında ziddiyyətləri bir qədər də dərinləşdirməkdir.
Serialın Misirdə və İraqda yayımı artıq dayandırılıb. Daha doğrusu, film dini zəmində gərginlik yarada biləcəyinə görə qadağan edilib.
Əfsuslar olsun ki, son günlər Suriyada məhz məzhəbçilik zəminində yaşanan qətliamlar Səudiyyə şeyxlərinə, İran mollalarına dərs olmur.
Rusiya, ABŞ, Fransa kimi ölkələr isə məzhəb faktorundan müsəlman dünyasına qarşı geosiyasi planlar üçün istifadə etməyə davam edirlər. Suriyadakı son hadisələr buna əyani sübutdur.
Bu çirkin amildən istifadə edib istənilən müsəlman ölkəsində gərginlik, qarşıdurma yaratmaq mümkündür. İslam dünyasındakı parçalanmanı dərinləşdirmək istəyən qüvvələr daim tətikdədir.
Məzhəbçilik müsəlman dünyasının bədənində metastaz vermiş xərçəng şişidir. İndi bu şişdən necə qurtulmaq haqqında düşünmək lazımdır. Gecikmək olmaz. Zaman müsəlmanların əleyhinə işləyir.