ABŞ Hindistanı qoparmağa çalışır
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
14:26 | 11 iyul 2025 | Cümə
Məqaləyə 492 dəfə baxılıb
Şriftin ölçüsü
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Dünyanın ən uzun eskalator sistemi istifadəyə verilir
Misir ilə Çin arasında yerli valyutalarla aparılan maliyyə əməkdaşlığını gücləndirmək məqsədilə üç mühüm saziş imzalanıb.
Misir Mərkəzi Bankının yaydığı açıqlamaya əsasən, Çin Xalq Respublikasının Baş naziri Li Çianqın Qahirəyə rəsmi səfəri çərçivəsində, Misir Mərkəzi Bankının rəhbəri Həsən Abdullah ilə Çin Xalq Bankının rəhbəri Pan Qonqşenq arasında danışıqlar aparılıb. Görüş zamanı iki ölkənin mərkəzi bankları arasında strateji maliyyə əməkdaşlığına dair Anlaşma Memorandumu, eləcə də Misir Planlaşdırma Nazirliyi ilə Çin İnkişaf Əməkdaşlıq Agentliyi arasında borc mübadiləsinə dair razılaşmalar imzalanıb.
Eyni zamanda, az karbonlu inkişaf, elektron ticarətin təşviqi, standartlaşdırma və keyfiyyət sahəsində əməkdaşlıq üzrə də protokollar imzalanıb.
Açıqlamada qeyd olunub ki, Qahirədə keçirilən danışıqlarda texniki bilik və təcrübə mübadiləsinin təşviqi, yerli valyutalarla ödəniş sistemlərinin inkişafı, valyuta mübadiləsi razılaşmaları və Çin maliyyə bazarında “Panda” istiqrazlarının emissiyası kimi mövzular müzakirə olunub.
Müzakirələr zamanı, iki ölkənin ödəniş sistemlərinin inteqrasiyası məsələsi də gündəmdə olub.
Qeyd: “Panda istiqrazları”, xarici qurumlar tərəfindən Çin bazarında Çin yuanı ilə buraxılan istiqrazlardır.
Görüşdə iki ölkə arasında maliyyə və texniki əməkdaşlığın artırılmasını nəzərdə tutan üç Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə, Misirin Süveyş Kanalı Bankı ilə Çin-Afrika İnvestisiya Şirkəti (TEDA) və Çin sərhəddənkənar ödəniş sistemi operatoru olan “CIBS” arasında Çin yuanının iqtisadi əməkdaşlıq zonasında istifadəsini təşviq edən sazişlər bağlanıb.
Bundan əlavə, Çinin milli elektron ödəniş şirkəti “UniPay”, Misirin Texnologiyanın İnkişafı Bankları Şirkəti ilə “UniPay” kartlarının Misir bazarında qəbul səviyyəsini artırmaq məqsədilə əməkdaşlıq protokolu imzalayıb. Bu protokol satış nöqtələri və internet saytlarında “UniPay” istifadəsini genişləndirməyə yönəlib.
“UniPay”, həmçinin elektron ödəniş infrastrukturunun inkişafı və yerli bizneslərdə istifadənin artırılması məqsədilə Misirin aparıcı rəqəmsal ödəniş platformalarından biri olan “PayMob” ilə də Anlaşma Memorandumu imzalayıb.
Çin Baş naziri Li Çianqın iki günlük Misir səfəri çərçivəsində imzalanan bu razılaşmalar yalnız maliyyə əməkdaşlığı ilə məhdudlaşmır. Sazişlər planlaşdırma, ətraf mühit, səhiyyə və e-ticarət kimi müxtəlif sahələrdə də tərəfdaşlığı əhatə edir.
Misir və Çin arasında sürətlənən bu maliyyə və texniki əməkdaşlıq, xüsusilə rəqəmsal infrastruktur və maliyyə xidmətləri sahəsində inteqrasiyanı dərinləşdirməyi və iki ölkənin davamlı inkişaf məqsədlərinə töhfə vermək üçün strateji tərəfdaşlığı gücləndirməyi hədəfləyir.