vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
23:45 | 14 sentyabr 2024 | Şənbə Məqaləyə 163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəticələr açıqlandı

Əlcəzairdə prezident seçkilərinin qalibi 84,30 faiz səs toplayıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlcəzair Konstitusiya Məhkəməsinin sədri Ömər Belhac dövlət televiziyası ilə prezident seçkilərinin yekun nəticələrini açıqlayıb. Yekun nəticələrə görə, prezident Əbdülməcid Tebbunun 84,30 faizlə qalib gəldiyi açıqlanıb.

Əbdülməcid Tebbunun ikinci 5 illik prezident seçkilərində 84,30 faizlə qalib gəldiyini paylaşan Belhac, 7 sentyabrda keçirilən seçkilərdə seçici fəallığının 46,10 faiz olduğunu da bildirib. Yekun nəticələrə görə, Tebbun 7 milyon 976 min 291 səs toplayıb.

Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəni Şərif 9,56 faiz səslə 904 min 642 səs toplayıb. Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş 6,14 faizlə 580 min 495 səs toplayıb.

Ölkə üzrə qeydə alınmış 24 milyon 495 min 551 seçicidən 11 milyon 226 min 65-nin səs verdiyi seçkidə 1 milyon 764 min 637 səs etibarsız sayılıb.

Sentyabrın 8-də keçirdiyi mətbuat konfransında Əlcəzairin Müstəqil Milli Seçki Administrasiyasının sədri Məhəmməd Şərəfi qeyri-müəyyən nəticələrə görə Tebbunun 94,65 faiz səs toplayaraq yenidən prezident seçildiyini, seçici fəallığının isə 48 faiz olduğunu bildirmişdi.

***

2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Əbdülməcid Tebbun seçkilərdə 58 faiz səs toplayaraq ölkənin yeni prezidenti olub.

Tebbun vəzifəsini daha bir müddətə davam etdirmək üçün müstəqil namizəd olaraq namizədliyini irəli sürərkən; Ordu, media, dini icmalar, sahibkarlar və bəzi siyasi partiyaların dəstəyi var idi.