vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜBHƏM  
17:44 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 495 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalileyin müasiri ...

... Eynşteynin nəzəri olaraq ortaya çıxardığını praktiki olaraq isbat edən dahi

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Kip Torn Qalileo Qalileydən təxminən yarım min il sonra gəlib dünyaya...

500 ildir insanoğlu Qalileonun ixtira etdiyi optik teleskoplardan istifadə edərək Kainatı öyrənirdi. Teleskoplar modernləşdi, onlar təkcə görünən işıqda deyil, həm də radiodalğa diapazonunda da işləməyə başladılar. Və nəhayət teleskopları kosmosda yerləşdirməyə başladılar...Amma iş prinsipi dəyişməz qaldı, çünki elektromaqnit şüalanmasından istifadə edirlər.

2015-ci ildə Kip Torn və həmkarları yeni astronomiya kəşf etdilər. Onlar sübut etdilər ki, Kainatı başqa növ dalğalarla –  qravitasiya dalğaları ilə də öyrənmək olar. Bunlar Böyük Partlayışdan gələn dalğalardır və onlar hər şeyin necə başladığı haqqında məlumat daşıyırlar.

Bu suala cavab axtardığına görə 1633-cü ildə Qaliley İnkvizisiya ilə problem yaşamışdı. Hətta edamla belə təhdid edildi o zaman.

500 il sonra Kip Torn məhz bu bu araşdırmalarına görə 2017-ci ildə fizika üzrə Nobel mükafatına layiq görüldü.

Dünya hardan haralara gəldi. Albert Eynşteynin 100 il əvvəl nəzəri olaraq ortaya çıxardığı qravitasiya dalğaları Kip Torn sayəsində praktiki olaraq da isbat edildi...

Kip Torn – qravitasiya nəzəriyyəsi, astrofizika sahəsində görkəmli alim, Stiven Hokinqin yaxın dostu və həmkarı olub. Çoxları Kip Tornu Nobel laureatı kimi deyil, kultlaşmış “Interstellar” (2014) filminin baş prodüseri kimi tanıyır.