vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TƏHSİL, DİN  
Hər şeydən əvvəl cazibə vardı ... 21:54 | 31 mart 2025 | Bazar ertəsi Məqaləyə 55 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər şeydən əvvəl cazibə vardı ...

... Yaxud bəşəriyyətə tarixi bir çağırış

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

31 mart 1687-ci ildə İsaak Nyutonun 3 cildlik fundamental əsəri işıq üzü gördü. “Natural fəlsəfənin riyazi prinsipləri” (“Philosophiæ Naturalis Principia Mathematica”) adlı bu əsər müasir fizika ilə astronomiyanın əsasını qoydu. Dahi ingilis alimi hərəkətin 3 qanununu – klassik mexanikanın əsası, cazibə qanunu və Keplerin planetar hərəkət qanunu yazmışdı. Bu kitab elmdə o günədək görülməmiş bir sıçrayışa səbəb oldu. O, insanoğluna Kainatın necə qurulmasını göstərdi. Eynşteynin nisbilik nəzəriyyəsi üçün cığır açdı.

Kopernik, Qaliley və Kepler ona qədər bu tarixi kəşfə gedən yolun əsasını qoymuş, müşahidə etdikləri fenomenal hadisələri təsvir etmişdilər. Ancaq Nyuton natural fəlsəfənin (o vaxt fizika belə adlanırdı) predmetini dəyişdi – universal təbiət qanunlarını araşdırmağa başladı. Nyutonun qravitasiya nəzəriyyəsi dəqiq elmlərin yeni konsepsiyasını yaratdı və fiziki nəzəriyyə ilə onun ciddi isbatı empirik müşahidə üzərində birdəfəlik üstünlük qazandı.

“Təsir əks təsirə bərabərdir” – bu gün Nyutonun III qanunu fizika qanununun ciddi xülasəsi kimi deyil, bir pop-psixologiya ştampı kimi səslənir. Ancaq bu elmi əsər bir inqilab, insanın təbiət üzərindəki zəfəri idi. Bu əsər Aristotelin “Göy cisimləri elmləri ilə yer elmləri arasında ortaq heç nə yoxdur” düşüncəsinin alt-üst edilməsi idi. Bəşəriyyətə tarixi bir çağırış idi həm də.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)