vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜBHƏM  
21:18 | 15 sentyabr 2024 | Bazar Məqaləyə 815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerin birgünlük peyki

10 metr diametrlik asteroid planetimizin ətrafında bir dövrə vurub gedəcək

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yer iki ay ərzində kosmosda bir meteorit tutaraq onu peyk halına gətirməyə hazırlaşır.

Planetə yaxınlaşan asteroidlər bəzən atmosferə girmədən uzaqlaşır, bəzən də Yerin atmosferinə girərək yanır. Ancaq bəzən onlar planetin orbitində ilişib qalırlar və qısa müddət ərzində Ayı müşayiət edirlər.

NASA tərəfindən maliyyələşdirilən Asteroidin Yerə Təsirinin Son Xəbərdarlıq Sistemi (ATLAS) teleskoplarından istifadə edən astronomlar böyük asteroid aşkar ediblər. Avqustun 7-də müşahidə edilən göy cismi “2024 PT5” adlandırılıb.

Madridin Komplutense Universitetindən Karlos de la Fuente Markos və Raul de la Fuente Markos müəyyən ediblər ki, “2024 PT5” 29 sentyabr – 25 noyabr tarixlərində Yer kürəsinin ətrafında fırlanacaq.

Amerika Astronomiya Cəmiyyətinin araşdırma qeydləri jurnalında dərc etdikləri araşdırmada, diametri təxminən 10 metr olan asteroidin 56,6 gün sonra yenidən Günəşin orbitinə girərək səyahətinə davam edəcəyini bildirdilər.

Yerin orbitinə bu şəkildə daxil olan asteroidlərə mini peyklər deyilir. Ancaq bəzən kosmik tullantı olan süni obyektləri mini peyklərlə səhv salmaq olar.

Raul de la Fuente Markos deyib: “Nə vaxt Yer orbitinə bu qədər bənzər bir cisim aşkar edilərsə, onun əslində kosmik zibil olması ehtimalı var”.

Lakin o, əlavə edir ki, aparılan müşahidələr “2024 PT5”in təbiiliyinə “şübhə qoymur”.

Digər tərəfdən, bəzi elm adamları bu kiçik asteroidin əslində mini peyk olmadığını iddia edirlər. Minisatların Yer ətrafında ən azı bir tam orbitə çıxması tələb olunur və 2024 PT5 orbiti tam dövrə vurmadan tərk edəcək.

Maraqlıdır ki, Ayın qısa müddətli yoldaşının özündən ayrılmış olma ehtimalı da var.

NASA-nın Reaktiv Sürət Laboratoriyasından Paul Çodas deyib ki, asteroidin keçmiş hərəkətləri onun Ay ilə toqquşma nəticəsində qopmuş bir parça ola biləcəyini göstərir. Lakin bu qəti şəkildə təsdiqlənməyib.

“2024 PT5” Yerin orbitini noyabrda tərk edəcək və 2025-ci ilin yanvarında geri dönəcəyi gözlənilir. Asteroid səfərini qısaldacaq və yəqin ki, 2055-ci ildə geri qayıdacaq.

“2024 PT5”, yəqin ki, həvəskar teleskoplarla müşahidə olunmayacaq, çünki kiçikdir və çox işıq saçmır.