
Plutonun yoldaşı tapılıb var
Günəş sistemində təəccüblü yeni kəşf, bir dövrəni 25 min ilə vurur
Günəş sistemində təəccüblü yeni kəşf, bir dövrəni 25 min ilə vurur
Dünyanın ilk Günəş fırtınası məşqi boşluqları üzə çıxardı
NASA Kosmik gəmisinin məlumatları milyardlarla il keçmişə nəzər salmağa imkan verir
Yerdənkənar həyat üçün hələ də ən güclü sübut
Asteroidlər Yerdəki həyatın mənşəyinə işıq salmaq potensialına malikdir
Ay torpağından günəş paneli
Mikrodalğalı soba ideyası ilə işləyən cihaz astronavtlar üçün həyati problemi həll edə bilər
Yer kürəsi əhalisi bilinəndən xeyli çoxdur
ABŞ-ın Aydakı kosmik gəmisindən səs yoxdur
179,8 metr uzunluğundakı gəmi yer qabığını 11 km dərinlikdə qazmaq gücündədir
2025-ci ilin ilk təbii hadisəsində Yerin kölgəsi peykini tamamilə örtəcək
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Sirli radio siqnalları kosmosun “görünməmiş” hissəsindən gəlir
Antarktika üzərində ozon dəliyinin bağlandığı təsdiqləndi
NASA Günəş işığı düşməyən kraterləri araşdırmağa başlanıldı
İlk hesabla sonuncu arasında 1,77 faiz fərq var
Yapon kosmik təşəbbüsü, Ayın səthinə enmək məqsədi ilə yola çıxan ikinci missiyası uğursuzluqla nəticələndi.
Özəl sektorunun dünya kosmos yarışında ümidi olan “ispace”, ikinci missiyasında Aya enişdən bir neçə dəqiqə əvvəl siqnallar kəsilməsi illərlə aparılan işlərin fiaskosu olub. Uzaq Şərqdən gələn bu cəsarətli təşəbbüs Aya gedən yolda və hələ çatmaq üzrəykən bir daha dayandı.
***
Eniş aparatı iyunun 5-də Yaponiya vaxtı ilə səhər saat 03:00-dan sonra Ayın şimal yarımkürəsində kratersiz əraziyə doğru hərəkət edib. Planlara görə, onun saat 04:17-də səthə enməsi gözlənilirdi. Ancaq həyəcan sükutla bitib. Enişdən cəmi 15 dəqiqə sonra şirkət texnikası ilə əlaqə qura bilmədiyini açıqlayıb.
Mətbuat konfransı keçirən “ispace” səlahiyyətliləri, eniş aparatının sürətini azalda bilməyəcəyini və nəzarətsiz şəkildə səthə çarpacağını açıqlayıb. Şirkətin baş direktoru Hakamada Takeşi, “Biz ikinci missiyamızı uğurla başa vurmağın çətin olduğunu gördük. Ona görə də missiyanı dayandırmaq qərarına gəldik”, – deyib.
***
Hakamada bu uğursuzluqdan nəticə çıxaracaqlarını bildirib və Yaponiyanın Ayın tədqiqində artan sürətini davam etdirmək əzmində olduqlarını vurğulayıb: “Bu cür çətinliklər kosmos tədqiqatlarına xasdır. Bizim missiyamız bu təcrübəni gələcəyə daşımaq və daha yaxşı nailiyyətlər əldə etməkdir”.
Missiyanın daşıyıcı raketi yanvar ayında ABŞ-ın Florida ştatından buraxılıb və mayın sonunda Ayın orbitinə uğurla daxil olub. 2023-cü ildə ilk eniş cəhdindən sonra “ispace” sistemlərini nəzərdən keçirdi və hədəf sahəsini dəyişdirdi. Lakin ikinci cəhd də müsbət nəticə vermədi.
Bu günə qədər yalnız ABŞ-da yerləşən iki özəl şirkət Ay səthinə uğurla enib. Yaponiya özəl təşəbbüslərlə bu sahədə irəliləməyə çalışsa da, hədəfə çatmaq hazırda başqa missiyaya qalıb.