
Kosmosdan daş gəlir ...
Asteroidlər Yerdəki həyatın mənşəyinə işıq salmaq potensialına malikdir
Asteroidlər Yerdəki həyatın mənşəyinə işıq salmaq potensialına malikdir
Ay torpağından günəş paneli
Mikrodalğalı soba ideyası ilə işləyən cihaz astronavtlar üçün həyati problemi həll edə bilər
Yer kürəsi əhalisi bilinəndən xeyli çoxdur
ABŞ-ın Aydakı kosmik gəmisindən səs yoxdur
179,8 metr uzunluğundakı gəmi yer qabığını 11 km dərinlikdə qazmaq gücündədir
2025-ci ilin ilk təbii hadisəsində Yerin kölgəsi peykini tamamilə örtəcək
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Sirli radio siqnalları kosmosun “görünməmiş” hissəsindən gəlir
Antarktika üzərində ozon dəliyinin bağlandığı təsdiqləndi
İlk hesabla sonuncu arasında 1,77 faiz fərq var
NASA gələcək proqnozlarda Yerlə toqquşma ehtimalının azalacağını gözləyir
2025-ci və növbəti 10 il üçün dünyanı gözləyən ən böyük təhlükələrin siyahısı açıqlanıb
10 metr diametrlik asteroid planetimizin ətrafında bir dövrə vurub gedəcək
NASA: “O, mövcud nəzəriyyələrə meydan oxuyur”
Alimlər peykin maqnit sahəsinə dair təxminləri milyonlarla il geriyə atdılar
Günəş sistemimizdən kənarda həyat axtarışı yeni həddə çatıb. NASA-nın “James Webb” Kosmik Teleskopu ilə işləyən elm adamları təəccüblü izlər aşkar ediblər.
“James Webb” Kosmik Teleskopu Şir bürcündə yerləşən Yerdən 124 işıq ili uzaqlıqdakı K2-18 b adlı ekzoplanetin atmosferində yalnız canlı orqanizmlər tərəfindən istehsal olunduğu bilinən qazlar aşkar edib. Tədqiqatçılar planetdə dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) kimi yalnız Yerdəki canlı orqanizmlər tərəfindən istehsal olunan qazların kimyəvi izlərini tapıblar. Elm adamları bu kəşfi Günəş sistemindən kənarda mümkün həyatın ən güclü əlaməti adlandırırlar.
Bu iki qaz yer üzündə, xüsusilə yosunlar və mikrob orqanizmlər tərəfindən istehsal olunur. Buna görə də, K2-18 b-də bu qazların olması planetdə mikrob həyat formalarının mövcud ola biləcəyinə dair güclü bir ipucu hesab olunur.
Lakin alimlər bunun həyatın birbaşa sübutu olmadığını, bioloji proseslərin dolayı göstəricisi olduğunu vurğulayırlar.
***
K2-18 b Yerdən təxminən 8,6 dəfə böyük və təxminən 2,6 dəfə geniş bir planetdir. Onun ən diqqətçəkən xüsusiyyəti ulduzun ətrafındakı "yaşayış zonası" daxilində orbitə çıxmasıdır. Bu, planetin səthində maye suyun olma ehtimalını artırır.
Kembric Universitetinin Astronomiya İnstitutundan Nikku Madhusudxan, "Bu, günəş sistemimizdən kənarda həyat axtarışında transformasiya anıdır. Biz müşahidə astrobiologiyası dövrünə qədəm qoyduq”, – deyib.
“James Webb” Teleskopu daha əvvəl K2-18 b atmosferində metan və karbon qazı aşkar etmişdi. Bu, ilk dəfə ekzoplanetin atmosferində karbon əsaslı molekulların sənədləşdirilməsi idi.
Madhusudxan, indiyə qədər bütün müşahidələr arasında ortaq nöqtənin K2-18 b-nin yaşamaq üçün əlverişli okean dünyası ola biləcəyini söylədi.
***
Cənub-Qərb Tədqiqat İnstitutunun alimi Kristofer Qlein, “K2-18 b-dən əldə edilən zəngin məlumatlar onu təxribatçı bir dünyaya çevirir. Ancaq diqqətli olmalıyıq və məlumatları hərtərəfli təhlillərlə sınamalıyıq”, – deyib.
Elm dünyası önümüzdəki həftələrdə aparılacaq müstəqil təhlillərin nəticələrinə fokuslanıb. Bu kəşf Yerin kainatda tək həyat olmayan planet ehtimalına bir addım daha yaxınlaşdırır.