vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
14:51 | 30 avqust 2024 | Cümə Məqaləyə 652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““Dogecoin” üçün əla gündür”

İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Texnologiya milyarderi İlon Mask kriptovalyuta “Dogecoin” ilə bağlı ona qarşı açılan məhkəmədə qalib gəlib.

Avqustun 29-da Manhetten Federal Məhkəməsindən verilən açıqlamada, Maskın işin rədd edilməsi ilə bağlı müraciətinin uğurlu olduğu açıqlandı. Səhmdarların 2022-ci ildə “Tesla” və “SpaceX” CEO-su Mask-a qarşı açdıqları iddiada milyarderin kriptovalyuta ilə manipulyasiya etdiyi iddia edilib.

İddiaçılar Maskın “Twitter”dəki paylaşımlarının, onlayn yazılarının və 2021-ci ildə NBC-nin “Saturday Night Live”da çıxışının bu manipulyasiyanın bir hissəsi olduğunu iddia etmişdilər.

Səhmdarlar həmçinin iddia ediblər ki, Mask “Twitter”i aldıqdan sonra 2023-cü ilin aprelində platformanın loqosunu “Dogecoin”in it loqosu ilə dəyişərək kriptovalyutanın qiymətində 30 faiz artıma səbəb olub və sonra “Dogecoin”i 124 milyon dollara satıb.

Mask “Twitter”dəki paylaşımlarında “Dogecoin”i “gələcəyin valyutası” kimi təqdim edib və bildirib ki, bu kriptovalyuta ilə “Tesla” almaq və ya onun “SpaceX” şirkəti ilə Aya getmək olar.

Hakim Alvin Hellerstein Maskın yazılarının “həqiqəti əks etdirmədiyini və şişirdilmiş” olduğunu bildirsə də, heç bir ağıl sahibi sahibkarın bu tvitlərə əsaslanaraq sərmayə qoyub sonra saxtakarlıq iddiası qaldıra bilməyəcəyini bildirib.

Hellerstein, Mask-a qarşı insayder ticarəti ittihamının “anlamaq çətin olduğunu” bildirdi. Hakim 258 milyard dollarlıq işə xitam verildiyini və qərardan şikayət verilə bilməyəcəyini açıqlayıb.

Səhmdarların vəkilləri açıqlama verməsə də, Maskın vəkili Alex Spiro, “Bu, “Dogecoin” üçün çox yaxşı bir gündür”, – deyib.