Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:46 | 25 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 409 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İlon Maskın siyasətə qarışmasından sonra bəzi “Tesla” istifadəçiləri bu markalı avtomobili aldıqları üçün peşman olublar. Bir çox insanlar elektrikli avtomobillərinin üzərinə “Anti Elon Tesla Club” yazılan stikerlər yapışdırırlar.
“The Washington Post”, “Tesla” direktorunun mütərəqqi bir simvoldan utanc nişanına çevrildiyini bildirənlərə danışıb.
Onlardan biri olan Tom Bləkbörn deyir ki, o, 10 il əvvəl “Tesla Model S” alan ilk 100.000 insan arasında olub.
76 yaşlı amerikalı bildirib ki, əvvəllər avtomobili ilə ətraf mühitin qorunmasını dəstəklədiyini düşünsə də, indi Mask tərəfindən dəstəklənən sui-qəsd nəzəriyyələri və sağçı siyasətlərlə eyniləşməkdən qorxur.
Bləkbörn də avtomobilinin üzərinə “Mən bunu onun dəli olduğunu bilməmişdən əvvəl almışam” yazılmış stiker yapışdırıb.
41 yaşlı Karla Harne deyir ki, o, əvvəllər heç bir reaksiya görməmişdi, lakin son bir ildə onun maşınına ondan çox yumurta atılıb.
Məlumata görə, 71 yaşlı Endrü Lovinqer Maskın “iyrənc siyasi baxışlarına və hərəkətlərinə” etiraz etmək üçün noyabr ayında avtomobilini satıb.
Avtomobil sənayesinin nəbzini izləyən ekspert Cessika Kaldvell, “Digər tərəfdən, “Tesla”mı çox bəyənirəm. Elon Maskın avtomobilimdə olduğunu hiss etmirəm”, – deyir.
Bu fikri paylaşan “Tesla” və “Cybertruck” istifadəçisi Luis Qaray, “baldızınızla yola getmədiyiniz üçün arvadınıza nifrət etmək lazım deyil. Bunu ayırmaq lazımdır”, – deyib.
“Tesla” keçən il ilk dəfə satışlarında kiçik bir azalma yaşasa da, ABŞ-da elektrikli avtomobil bazarında hökmranlıq etməkdə davam edir.
Bazar dəyəri 1 trilyon dolları keçən və qlobal avtomobil sənayesindəki digər böyük şirkətlərin ümumi dəyərinə çatan “Tesla”, Avropa ölkələrində avtomobil satışlarının əhəmiyyətli dərəcədə azaldığını görüb.
Ötən ilin yanvar ayında 18 161 ədəd olan “Tesla” satışları bu ilin eyni dövründə 45,2 faiz azalaraq 9 945 ədəd olub.
İlon Maskın nasist salamına bənzədilmiş əl jesti kimi mübahisəli davranışı, Almaniyada radikal sağçı siyasətçilərə açıq dəstəyi və Böyük Britaniya siyasətinə qarışması avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.
“Tesla” satışları demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada azalır.