
Maskın “böyük beyin” arzusu
Dünyanln ən zəngin adamı doğuşa müdaxilə etmək istədi...
Dünyanln ən zəngin adamı doğuşa müdaxilə etmək istədi...
“Tesla” satışlarında dibə vuran Maskın şirkətləri 560 milyard dəyər itirib
Hücumlar DOGE-nin minlərlə işçini ixtisar etməyə davam etdiyi vaxta təsadüf edir
İlon Mask 14-cü dəfə ata oldu
“Seçicilərim maliyyə sıxıntısı çəkərkən özüm daha çox qazanmaq üçün səs verməyəcəyəm”
Mask kadr çatışmazlığına görə təqaüdə çıxanlara çağırır etdi
“O, mütərəqqi simvoldan rüsvayçılıq nişanına çevrildi”
İlon Maskın elektron poçt tələbi xaosa səbəb olub: “Bu, dəlixanaya bənzəyirdi”
Mask və Altmanın süni intellekt mübarizəsi harada inkişaf edəcək?
Maskdan ABŞ hökumətini çağırış
76 yaşlı Mey Mask podiuma çıxıb
Yüksək vəzifəli məmur irqçi paylaşımların üzə çıxmasından sonra istefa verdi
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
Ölkənin ali məhkəməsi qanuni nümayəndə təyin etməyən platformaya girişi bağlayıb
İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı
ABŞ-da yerləşən “Axios” xəbər saytının məlumatına görə, Tramp administrasiyası məxfi sənədləri kimin görəcəyi ilə bağlı qalmaqallı çaşqınlıq yaşayır. Vəziyyət o həddə çatıb ki, yüksək səviyyəli müşavirlər təhlükəsizlik müşayiəti ilə Pentaqondan qovulub, ABŞ prezidenti Donald Tramp isə Çinlə müharibə planları ilə bağlı brifinqdə iştirak edəcəyini son anda öyrəndikdən sonra baş müşaviri İlon Maskı siyahıdan çıxarıb.
Müdafiə naziri Pit Heqset, İlon Maska Çinlə bağlı yüksək səviyyəli brifinq barədə sızdırılan plandan sonra Dan Kaldvell və Darin Selniki nazirlikdən qovub.
Sızma təkcə Pentaqonda deyil, Oval kabinetdə də narahatlıq yaradıb. “Axios”un əldə etdiyi məlumata görə, Maska veriləcək gizli brifinqi Heqset deyil, Tramp ləğv edib.
Trampın cavabı kifayət qədər sərt olub. “Axios”a yüksək vəzifəli bir məmur “Mask orda nə edir? Onun getməsini dayandırın”, – dedi.
***
Maskın Ağ Evi tərk etməkdən imtina etməsi, Tramp administrasiyasındakı rolu ilə bağlı qeyri-müəyyənlik və milyarder məsləhətçinin aqressiv açıqlamaları ictimaiyyətdə narahatlıq yaradıb.
Lakin Çinlə bağlı brifinq planı Trampın məsələyə münasibət bildirməsinə səbəb olub. Trampın İlon Maska reaksiyasını çatdıran rəsmi, “Prezident hələ də İlonu sevir, lakin bəzi qırmızı xətlər var. İlonun Çində biznes maraqları var və Çinlə yaxşı əlaqələri var, ona görə də bu brifinq doğru qərar olmazdı”, – deyib.
Bu hadisələr martın 20-də “The New York Times” qəzetində çıxan xəbərlə ictimaiyyətə əks olundu. Xəbərdə Maska ertəsi gün Pentaqonda Çinlə mümkün müharibə ssenarisi ilə bağlı gizli brifinq veriləcəyi bildirilib.
Tramp saat 23:00-da “Truth Social”da yayımlanan xəbəri təkzib edib. O, "Saxta xəbərlər" yazısında, “İlon Maska Çinlə müharibə haqqında brifinq veriləcəyi tamamilə uydurmadır”, – dedi. Lakin bu açıqlama verilən vaxtda brifinqin əhatə dairəsi artıq dəyişdirilmişdi.
***
Mask hələ martın 21-də Pentaqonda Heqset ilə görüşüb, lakin Çin mövzusu gündəmə gəlmədi. Həmin gün Ağ Evdə Tramp Maskın Çinlə əlaqələrindən danışıb. "İlonun Çində biznes əlaqələri var və bu, onu çox təsir edici edir”, – Tramp deyib.
“NYT-yə yalan məlumatlar sızdıran Pentaqonun əməkdaşlarının mühakimə olunmasını səbirsizliklə gözləyirəm”, – deyə Mask “X”də yazıb.
“Politico” xəbəri Den Kaldvellə sızdırdığı iddia edilən məsləhətçi Darin Selnikin də işdən çıxarılaraq Pentaqondan uzaqlaşdırıldığını bildirib. Məsləhətçilər Pentaqondan qovulub.
İstintaq Maskın brifinqi ilə məhdudlaşmır. Panama kanalı planları, Qırmızı dəniz əməliyyatları və Ukrayna kəşfiyyatı ilə bağlı məlumatların da sızdırıla biləcəyi bildirilir.