vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
20:16 | 7 sentyabr 2024 | Şənbə Məqaləyə 219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki tayfanın davasında 6 nəfər ölüb

Hindistanda Kuki və Meitei icmaları arasında silahlı qarşıdurma olub

XALİDƏ

Hindistanın Manipur əyalətində Kuki və Meitei icmaları arasında baş verən zorakılıqda 6 nəfərin həyatını itirib. NDTV kanalının xəbərinə görə, polis Hindistanın Manipur əyalətinin Jiribam bölgəsində Kuki icmasından olan hücum edənlərin Meitei icmasından bir nəfəri öldürməsi nəticəsində tərəflər arasında silahlı qarşıdurma baş verdiyini açıqlayıb.

Polis zorakılıqlarda daha 5 nəfərin qarşıdurmada həyatını itirdiyini açıqlayıb.

İmfal şəhər Baş Polis Müfəttişi Kabib verdiyi açıqlamada hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyi və araşdırma başladıldığını deyib.

“Bu səhər Kuki silahlıları Ciribamın kəndinə hücum edərək yaşlı bir vətəndaşı öldürüblər. Yaraqlılar atəşi davam etdirərək qaçıblar. Kənddəki bəzi könüllülər buna cavab verib və Ciribam polisi əraziyə çatanda onlara da atəş açıblar”, – deyib.

Manipur mətbuatında yer alan xəbərlərə görə, Moirang bölgəsində dünən Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumunda bir nəfər ölüb.

***

Ştat əhalisinin yüzdə 53-ünü təşkil edən Meitei icmasının “Planlanmış qəbilə” kateqoriyasına daxil edilməməsi səbəbiylə başlatdığı etirazlar və bəzi digər etnik qruplar buna qarşı çıxmalarına görə 3 may 2023-cü il tarixindən etibarən zorakılıqların baş verməyə başladı.

Mayın 4-də hərbçilərə “Vur” əmrinin verildiyi əyalətdə zorakılıqlar nəticəsində ölənlərin sayı 182-yə yüksəlib, 60 mindən çox insan isə didərgin düşüb.