vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜBHƏM  
11:27 | 7 sentyabr 2024 | Şənbə Məqaləyə 180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalaktikalar toqquşması başlayıb?

“Galaxy halo” ilk dəfə bu qədər təfərrüatlı şəkildə öyrənildi

ELŞAD

Qalaktikaların böyük qaz buludları ilə əhatə olunduğu çoxdan məlumdur. Qalaktikanın ətrafındakı halo yeni əldə edilən görüntüləri indiyə qədər əldə olunan ən aydın təsvirdir. Tapıntılar, həmçinin Süd Yolu və Andromeda qalaktikalarının ehtimal olunan toqquşması ilə bağlı ideya verir.

Alimlər hesab edirlər ki, əsasən hidrogen, helium, karbon, azot və oksigendən ibarət olan bu bölgələr kainatdakı görünən maddənin 70-90 faizini ehtiva edir.

Buna görə də qalaktika haloları haqqında məlumatın olması kainatın quruluşunu daha yaxşı başa düşmək baxımından böyük əhəmiyyət kəsb edir.

Bu günə qədər aparılan araşdırmalarda ulduzları udan qara dəliklərin ətrafındakı işıq sayəsində bu bölgələr qismən müşahidə edilib. Lakin solğun işıq saçan bu haloların detallarını görmək mümkün olmayıb.

Dünən (sentyabr 6-da) “Nature Astronomy” jurnalında dərc olunan tədqiqatı aparan qrup Havaydakı Mauna Kea Rəsədxanasının Keck Teleskopu ilə təxminən 270 milyon işıq ili uzaqlıqdakı qalaktikanı tədqiq edib.

Tədqiqatçılar, Süd Yolu kimi spiralvari qalaktikanın sərhədlərindən təxminən 100 min işıq ili uzanan halonu ətraflı şəkildə müşahidə ediblər.

Alimlər tərəfindən edilən ən maraqlı kəşf, elektronlarından sıyrılan hidrogenin daha ağır element olan oksigenlə qarışması idi.

Avstraliyanın Svinburn Texnologiya Universitetinin astrofiziki və tədqiqatın aparıcı müəllifi Nikol Nilsen, “Biz baxdığımız hər yerdə bunu tapdıq. Bu, həqiqətən həyəcanlı və bir az da təəccüblü idi”, – deyib.

Tədqiqatçılar həmçinin qalaktikanın sərhədindən haloya kəskin keçidi qeyd ediblər. Məqalənin digər müəllifi Dinn Fişer, “The Conversation” nəşri üçün məqaləsində, “Keçmişdə bu keçidin mahiyyəti ilə bağlı çoxlu müzakirələr aparılıb. Məlumatlarımızda, ulduzların böyük əksəriyyətinin yerləşdiyi sərhədin yaxınlığında qəfil dəyişiklik asanlıqla görünür”, – yazıb.

Fişer həmçinin qeyd edir ki, onlar görünən maddələrin çoxunun bu halolarda olduğunu təsdiqləyiblər.

Bəs qalaktikaların harada bitdiyini və kosmosa qarışdığını göstərən yeni araşdırma Yerə kürəsinin də yerləşdiyi Süd Yolu qalaktikası üçün nə deməkdir?

Süd Yolu ən böyük qonşusu olan Andromeda ilə toqquşacaq. Bu hadisənin təxminən 4 milyard il sonra baş verməsi gözlənilsə də, son araşdırmalar toqquşmanın dəqiq olmadığını irəli sürüb.

Alimlər hesab edirlər ki, əgər Süd Yolu və Andromedada nəhəng qaz haloları varsa, onların toqquşması artıq başlamış ola bilər.

Nilsen deyir: “Çox güman ki, Süd Yolu və Andromedanın haloları artıq üst-üstə düşüb və qarşılıqlı əlaqədə olublar”.