
NASA xəbərdarlıq etdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Onu nə vaxt və harada izləmək olar?
“James Webb”in təəccüblü Pluton kəşfi
Alimlərin Qırmızı Planeti yaşıllaşdırma planı
“James Webb” Kosmik Teleskopu (JWST) bu günə qədər ən uzaq və qədim spiral qalaktikanı kəşf edib.
Süd Yolu kimi qalaktikaların spiral qolları və nəhəng ulduz əmələgəlmə disklərini meydana gətirməsi üçün bir neçə milyard il lazım olduğu düşünülürdü.
Bununla belə, NASA-nın rəhbərliyi altında hazırlanmış JWST bu fikrə meydan oxuyan müşahidələr aparır.
Teleskopun milyardlarla uzaq göy cismini skan etdiyi PANORAMİK araşdırmadan əldə edilən görüntüləri araşdıran elm adamları, Süd Yolunun ən uzaq “əkizləri” adlandırdıqları qalaktika ilə qarşılaşıblar.
“Zhúlóng” adı verilən qalaktika standart modelə görə 13,8 milyard il əvvəl baş vermiş Böyük Partlayışdan cəmi 1 milyard il sonra firmalaşıb.
Aprel 16-da “Astronomy & Astrophysics” jurnalında dərc olunan məqalənin müəllifləri, qalaktikanın müəyyən xüsusiyyətlərə və ölçülərə görə Süd Yolunun əkiz olduğunu bildirirlər.
“Biz bu qalaktikaya Çin mifologiyasında “Məşəl Əjdahası” mənasını verən “Zhúlóng” adını verdik. Mifologiyada “Zhulóng” işıq və kosmik vaxtı simvolizə edən, gözlərini açıb-bağlamaqla gecə və gündüz yaradan güclü qırmızı günəş əjdahasıdır”, – Cenevrə Universitetindən tədqiqatın aparıcı müəllifi Menqyuan Ksiao bildirib.
“Zhúlóng”u fərqləndirən onun forma, ölçü və ulduz kütləsinə görə Süd Yoluna çox bənzəməsidir.
Alimlər hesab edirlər ki, “Zhulonq”un ulduz əmələ gətirən diskinin diametri 60 min işıq ili və kütləsi Günəşinkindən 100 milyard dəfə böyükdür. Müqayisə üçün, Süd Yolunun diskinin diametri 100 min işıq ili, kütləsi isə 1,5 trilyon Günəşdir.
Ölçü və kütlə baxımından belə bir fərqə baxmayaraq, “Zhulonq”un belə erkən yaşda bu səviyyəyə çatması mövcud nəzəriyyələri sual altına qoyur. O, həmçinin JWST-nin 2023-cü ildə kəşf etdiyi “Ceers-2112” adlı spiral qalaktikadan 1 milyard il yaşlıdır.
2021-ci ildə istifadəyə verildiyi gündən etibarən JWST erkən kainatda nəhəng qalaktikalar və qara dəliklər tapır. Bu kəşflər kainat və ya qalaktikanın formalaşması haqqında bilinənlərin yanlış ola biləcəyini göstərir.
Yeni araşdırmanın arxasında duran komanda deyir ki, “Zhúlóng”un 1 milyard ildən az müddətdə Süd Yoluna bənzər forma və ölçüyə necə təkamül etdiyi açıq sual olaraq qalır.
“Bu kəşf “JWST”nin ilkin kainata baxışımızı necə kökündən dəyişdirdiyini göstərir”, – dedi məqalənin həmmüəllifi Paskal Oeş.
Tədqiqatçılar “JWST” və Çilidəki ALMA teleskop massivindən istifadə edərək “Zhúlóng”un daha dərindən öyrənilməsini tələb edirlər.