vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVTO  
17:18 | 6 sentyabr 2024 | Cümə Məqaləyə 354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Brüsseldəki “Audi” zavodunda qeyri adi etiraz

İşçiləri hazır avtomobillərin açarlarını müsadirə edib və işə çıxmayıblar

FATEH

“Audi”nin mərkəzi ofisindən Brüsseldəki zavoda gələcək istehsal üçün heç bir model ayırmadığından müəssisənin işçiləri qeyri adi etiraza əl atıblar. Belə ki, zavodda çalışanlar tamamlanmış avtomobillərin açarlarını özləri ilə götürərək işə çıxmayıblar.

Belçika mətbuatında çıxan xəbərə görə, “Audi” şirkətinin Brüsseldəki fabrikinin rəhbərliyi ilə müəssisədəki işçiləri təmsil edən həmkarlar ittifaqı üzvləri səhər saatlarında bir araya gəlib.

Görüşdə “Audi” şirkətinin də sahibi olduğu “Volkswagen Group”un Brüsseldəki fabrikinə istehsal üçün heç bir model ayırmamasından sonra yaranan problemlər və görüləcək işlər müzakirə edilib.

Rəhbərliklə həmkarlar ittifaqı nümayəndələri arasında aparılan danışıqlar nəticəsində razılıq əldə olunmadığından fabrik işçiləri iş yerlərinə gəlsələr də işə başlamayıblar.

“Audi” Brüssel şirkətinin işçiləri 300 tamamlanmış avtomobilin açarlarını da müsadirə ediblər.

Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası, iyul ayında lüks seqmentli elektrikli avtomobil modeli “Q8”in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikini tələbin azalması səbəbindən yenidən strukturlaşdıracağını açıqlayıb. Şirkət bu modellərin istehsalının Meksikada davam etdiriləcəyini bildirib.

“Audi” rəhbərliyi bu həftə “Volkswagen Group” tərəfindən Brüsseldəki fabrikə istehsal üçün heç bir modelin ayrılmadığını açıqlamışdı.

Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqlarını narahat edirdi.

Digər tərəfdən “Audi” Brüssel işçiləri yaşadıqları problemlərə diqqət çəkmək üçün sentyabrın 16-da Brüsseldə etiraz aksiyası təşkil edəcək.