vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
17:45 | 6 sentyabr 2024 | Cümə Məqaləyə 206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əlcəzair sabah prezident seçir

Hazırkı dövlət başçısı, ana müxalifət lideri və sülh hərəkatı namizədi ən yüksək post uğrunda yarışacaq

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlcəzairdə təxminən 24 milyon seçici sabah yeni prezidentləri seçmək üçün səsverməyə hazırlaşır.

Sabah (sentyabrın 7-də) keçiriləcək prezident seçkilərində indiki prezident Əbdülməcid Tebbun, Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş və Sülh Cəmiyyəti Hərəkatından (MSP) Əbdüləəli Həsəni Şərif yarışacaq.

Xaricdəki Əlcəzairlilər sentyabr 2-dən etibarən ölkələrindəki diplomatik nümayəndəliklərdə açılan seçki qutularına gedərək səs verməyə davam edir.

Ölkə daxilində Müstəqil Seçki Şurasının müəyyən etdiyi seçki qutularında səs vermək hüququna malik olan təxminən 24 milyon Əlcəzairli var.

Təhlükəsizlik qüvvələri də seçki prosesinin sağlam keçirilməsi üçün hazırlıqlarını davam etdirir.

***

2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Əbdülməcid Tebbun seçkilərdə qalib gələrək prezident olub.

Hazırda vəzifədə olan 78 yaşlı prezident Tebbun daha bir müddət vəzifəsini davam etdirmək üçün müstəqil namizəd kimi iştirak edərkən, ordunun, medianın, dini icmaların, sahibkarların və bəzi siyasi partiyaların dəstəyini aldığı və seçkidə favorit kimi göründüyü bildirilir.

Əlcəzairin ən böyük islam yönümlü partiyası olan və parlamentdə 65 deputatı olan MSP ana müxalifət partiyası da 57 yaşlı mühəndis Əbdüləli Həsəni Şərifin namizədliyini irəli sürüb.

Parlamentdə 26 millət vəkili olan FFS-in baş katibi Yusuf Uşuşi keçmiş jurnalist və millət vəkili kimi namizədlər arasındadır.