vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
14:52 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənubi Afrikada növbəti epidemiya

“Şistosomiaz” çirklənmiş su mənbələri vasitəsilə yayılır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Afrika Respublikasının şimal-şərqində yerləşən Limpopo əyalətində “şistosomiaz” epidemiyasının olduğu bildirilib. Limpopo əyalət hökumətindən verilən açıqlamaya görə, Tzaneen şəhərindəki Maluandla İbtidai məktəbində 142 şagirdə sidik yolları və bağırsaqları təsir edən şistosomiaz diaqnozu qoyulub.

Şagirdlər müxtəlif xəstəxanalarda müalicə olunublar. Ştat hökumətinin səhiyyə departamenti ərazidəki su mənbələrini sınaqdan keçirmək üçün işə başlayıb.

“Schistosoma” bakteriyasının yaratdığı bu xəstəlik xüsusilə sidik yollarına və bağırsaqlara təsir edir.

Xəstəlik uşaqların böyüməsini ləngidir və müxtəlif öyrənmə çətinliklərinə səbəb olmaqla yanaşı, müalicə edilmədikdə müxtəlif bağırsaq, böyrək, qaraciyər və sidik yolları xəstəliklərinə də səbəb olur.

Ümumiyyətlə çirklənmiş su mənbələrindən keçən şistosomiaz daha çox Afrika və Cənubi Amerika ölkələrində müşahidə olunur.