
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiyanın Ukraynanı işğalı 2022-ci ilin fevralından davam edir və bu müharibədə bir çox yeni silahlar sınaqdan keçirilir. ABŞ-ın CNN kanalı bu gün Ukraynanın “əjdaha” pilotsuz təyyarələri haqqında məlumat yayıb.
Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin sentyabrın 4-də sosial şəbəkələrə yüklədiyi videolarda alçaqdan uçan pilotsuz uçuş aparatlarının donanmalarda cəbhəyə göndərildiyi anlaşılıb.
Dronlardan sıçrayan və ağaclar arasında Rusiya mövqelərini hədəf alan yanğının ərimiş metaldan qaynaqlandığı vurğulanıb.
Alüminium tozu ilə dəmir oksidinin qarışığından ibarət kimyəvi maddə olan termit 2200 dərəcəyə qədər istiliyə çataraq birbaşa rus əsgərlərini, eləcə də onların masakalnmada istifadə etdikləri gizlənmiş ağacları və digər bitki örtüyünü məhv edir.
Alov yağdığı üçün bu PUA-lara “əjdaha” dronları deyilir.
Ukraynanın 60-cı Mexanikləşdirilmiş Briqadası sosial şəbəkədə “əjdahalar”la bağlı aşağıdakı açıqlamaları paylaşıb: “Hücum PUA-ları bizim intiqam qanadımızdır, göydən alov endirir. Onlar düşmən üçün əsl təhlükədir, öz mövqelərini heç bir silahın uyğun gəlməyəcəyi dəqiqliklə yandırırlar. Bizim qisas tanrımız hərəkətdə olanda rus qadınları heç vaxt yata bilmir.
İngiltərə ordusundan təqaüdçü müdafiə sənayesi mütəxəssisi Nicholas Drummond deyir ki, bu silahların ən böyük təsiri qorxu aşılamaq olacaq: “Çox qorxunc bir şeydir. Bir drondan bu şəkildə istifadə etməyin təsiri fiziki deyil, psixoloji olacaq. Mən belə bir silaha qarşı durmaq istəməzdim”.
Termit demək olar ki, hər şeyi, o cümlədən metalı yandıra bildiyi üçün ondan qorunmaq çox çətindir. 1890-cı illərdə alman kimyaçısı tərəfindən icad edilmiş və dəmir yollarının tikintisində istifadə edilb.
Birinci Dünya müharibəsi zamanı kəşf edilən hərbi imkanlar, almanların Böyük Britaniyaya zeplinlərlə bomba atarkən termitdən istifadə etməsi ilə də genişləndi.
İkinci Dünya müharibəsi zamanı həm almanlar, həm də Müttəfiq dövlətlər ələ keçirdikləri silahları zərərsizləşdirmək üçün termitlərdən istifadə edirdilər.
Beynəlxalq hüquqda termitlərin müharibələrdə istifadəsinə heç bir maneə olmasa da, onların dəhşətli təsirləri səbəbindən mülki əhaliyə qarşı istifadəsi qadağandır.