vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
15:27 | 19 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 9739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kimlər vergidən azad olunacaq?

Yeni güzəştləri tətbiq ediləcək

V.BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Vergi Məcəlləsinə” dəyişikliklər layihəsi müzakirə olundu. Dəyişikliklər ilə məcəlləyə yeni kateqoriya – “texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs” əlavə olunur.

Layihəyə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində müəyyənləşir. Bu o deməkdir ki, gələn ildən növbəti 3 il müddətində sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirənlərin 8 min manatadək olan gəlirləri vergidən azad olunacaq. 2026-cı ildən sonra 7 illik müddətində cəmi 5 faizlik gəlir vergisi tətbiq olunacaq.

Digər dəyişikliyə əsasən, sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmayacaq.

Təklif edilən dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad ediləcəklər. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmalar da tətbiq olunacaq.

Təklif olunan dəyişikliklər sektorun inkişafı baxımdan vacib hesab olunur. Bunun eyni zamanda yeni xarici investisiyanın cəlbinə də şərait yaradacağı gözlənilir. Layihə komitədə dəstəklənərək Milli Məclisin plenar iclasına tövsiyə olundu. Dəyişikliklərin gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.