
Kabab iyinə gələn Qarsiya ...
“Tikintidə işləyəcəyini düşünüb Rusiyaya gələn kubalılar müharibəyə göndərilir”
“Tikintidə işləyəcəyini düşünüb Rusiyaya gələn kubalılar müharibəyə göndərilir”
... Yaxud Azərbaycanın “biz də qazyerişi yeritməyi bacarırıq” cavabı
Çıxış yolu imperial təkəbbürdən imtina edib bərabərhüquqlu dialoqa keçməkdir
“Çoxlu suallar var, amma cavab yoxdur”
Yaxud rusiyalı politoloqların gerçək siması...
İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Neftə tavan qiymət, “Oreşnik” istehsalına sanksiyalar gözlənilir
“Transneft” şirkətinin vitse-prezidenti pəncərədən yıxıldı?!
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Ötən il bu vaxt terrorçu siyahısında idi
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
Ukraynanın “Cyber Resistance” haker qrupu dünyanı çoka salan bir hadisə həyata keçirib. Onlar Rusiya ilə Hindistan arasında 2018-ci ildə imzalanmış “S-400” hava hücumundan müdafiə sistemi müqaviləsini və məxfi sənədlərini əldə edib. “BaumankaLeaks” adlı bir qrup məxfi sənədləri dərc edərək, Rusiya ilə Hindistan arasında “S-400” razılaşmasının bütün təfərrüatlarını dünyaya sızdırıb.
***
Rusiya mətbuatının müdafiə sənayesi üçün təməlqoyma kimi xarakterizə etdiyi və 5 milyard dollardan çox məbləğə çatan müqavilə “Əsrin müqaviləsi” elan edilmişdi. ABŞ-ın etirazına baxmayaraq, 2018-ci ildə Rusiya ilə Hindistan arasında 5,4 milyard dollar dəyərində beş “S-400” hava hücumundan müdafiə sisteminin satışına dair imzalanmış müqavilənin sənədləri Ukraynanın “Cyber Resistance” haker qrupu tərəfindən “InformNapalm” saytında dərc edilib.
Haker əməliyyatının baş verdiyi zaman diqqət çəkib. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kiyevdəki uşaq xəstəxanasına raket hücumu zamanı Hindistanın baş naziri Narendra Modinin Rusiya prezidenti Vladimir Putinlə görüşünü tənqid etdikdən sonra Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini çağırıb. Hakerlərin infiltrasiya əməliyyatı Hindistan və Ukrayna ilə bağlı bu diplomatik insidentlə eyni vaxtda həyata keçirilib.
***
Görünürdü ki, müqavilə hindli ekspertlər üçün uzunmüddətli təlimlərin keçirilməsini və Hindistanın Rusiya təcrübəsinə və gələcək təkmilləşdirmələrə güvənməsini ehtiva edir. Sızan e-poçtlar isə ehtiyat hissələri də daxil olmaqla, bütün komponentlərin miqdarını və kodlarını göstərən “S-400” sistemlərinin ətraflı inventarını ortaya qoyur . Digər tərəfdən, hakerlərin üzə çıxardığı məxfi sənədlərdə Rusiyanın Hindistana tədarük edəcəyi sursatların dəqiq sayı da yer alıb.
***
Müəyyən edilib ki, Ukrayna komandasının əldə etdiyi ən məxfi məlumat hindistanlı mütəxəssislərin təlim şöbəsi ilə bağlıdır. Polkovnik-leytenant Zakrutnı və polkovnik Potapovun sındırılmış elektron məktublarında Rusiya sistemlərini idarə edəcək ekspertlər üçün uzunmüddətli təlimlərin nəzərdə tutulduğu bildirilib.
Və hakerlərin əldə etdikləri sənədlərdən bəziləri