

Hökumət isə belə bir problemin olduğunu qəbul etmək istəmir
HİV müalicəsində yeni mərhələ
Səhiyyə Nazirliyi aksiya keçirir
Əvvəl əsasnamə ilə çalışırdılar, indidən sonra nizamnamə ilə…
Bir anlıq səhlənkarlıqla həyatınızı riskə atmayın!
105 litr qan yandırılıb
Tədqiqatçılar indiyə qədər “HİV peyvəndinə ən yaxın” olaraq xarakterizə edilən dərmanın 40 dollara (təxminən 68 manat) başa gələ biləcəyini açıqladılar.
ABŞ-ın əczaçılıq nəhəngi “Gilead” tərəfindən satılan dərmanın qiyməti hazırda birinci il üçün 42 min 250 dollardır. Hər altı ayda bir inyeksiya yolu ilə verilən dərman infeksiyanın qarşısını alır və artıq yoluxmuş insanlarda HİV-i yatıra bilir. Almaniyada keçirilən 25-ci Beynəlxalq QİÇS-lə Mübarizə Konfransında təqdim edilən araşdırmada mütəxəssislər, şirkət icazə verərsə, dərmanın 30 faiz mənfəət marjı ilə ildə 40 dollar dəyərində istehsal oluna biləcəyini açıqladı. Tədqiqatçılar indi “Gilead”ın dərmana lisenziya alması üçün kampaniya aparırlar.