vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
19:41 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 1139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rivzdən “Matrix” etirafı

İkonik elmi fantastik ekran əsərinin 25 yaşı tamam olur

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Kianu Rivz (Keanu Reeves) bu il 25 yaşı tamam olan elmi-fantastik klassik “The Matrix” barədə ürəkdən gələn təriflər söyləyib.

Məşhur aktyor, Çina Mivill ilə birlikdə yazdığı yeni kitabı “The Book of Elsewhere'i”ni (Başka Yerlerin Kitabı) tanıtmaq üçün bazar ertəsi gecəsi “The Late Show”da Stiven Kolbertin qonağı olub.

Məşhur elmi fantastika haqqında Rivz “Matrix mənim həyatımı dəyişdi” deyib: “O, bu illər ərzində bir çox insanın həyatını həqiqətən müsbət və gözəl şəkildə dəyişdi. Bir sənətçi olaraq film çəkərkən və ya hekayə danışarkən buna ümid edirsən. İllər keçdikcə və tanış olduğum insanlar “Matrix”dən o qədər müsbət təsirləndiklərini deyirlər... Ən yaxşısı budur”.

1999-cu ildə buraxılan və Vaçovskilərin prodüseri olduğu “The Matrix" filmində Rivz, həyatın şüurlu maşınlar tərəfindən yaradılan simulyasiya olduğunu kəşf edən kompüter proqramçısı və haker kimi tanınan Neo Tomas Anderson rolunu oynayıb.

Filmdə Kerri-Enn Moss (Carrie-Anne Moss), Lorens Fişborn (Laurence Fishburne) və Hyuqo Uivinq (Hugo Weaving) də rol alıb.

2021-ci ildə “Entertainment Tonight”a verdiyi müsahibədə Rivz filmin bütövlükdə kino istiqamətinə “təsirli” olduğunu söyləyib.

Həm fəlsəfədən, həm də böyük ideallardan bəhs edən belə əyləncəli elmi fantastika filmi çəkmək çətindir.

59 yaşlı Rivz hər üç filmdə rolu canlandırıb: ikisi 2003-cü ildə buraxılan “The Matrix Reloaded” və “The Matrix Revolutions” və 2021-ci ildə çəkilən “The Matrix Resurrections”.

Hazırda “The Cabin in the Woods” filminin rejissoru Dryu Qoddard (Drew Goddard) tərəfindən çəkiləcək yeni “Matrix” filmi üzərində iş gedir. Bu ekran əsəri Vaçovskilərdən birinin prodüseri olmayacağı ilk film olacaq.