
“Ballerina” Disney animasiyasını keçə bilmədi
“Mümkün olmayan missiya – Son Hesablama” üçüncü yerə düşdü
“Mümkün olmayan missiya – Son Hesablama” üçüncü yerə düşdü
Bir gecədə 5 Oskar qazanan filmi rejissoru nəyi sevmir?
Tarantino və Finçerin yeni “Netflix” filmi gəlir
95 yaşlı əfsanə yeni filminə hazırlaşır
Anası heroindən ölən ulduz: “Uşaq evindəykən bizi görüşməyə qoymurdular”
“Şon bir baxışla hər kəsi susdura, sonra da bir kəlmə ilə güldürə bilər”
Şon Penn “Oskar” mükafatlı aktrisanı tərifləyib
Hekman cütlüyünün ölümü ilə bağlı şübhəli detallar ortaya çıxıb
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
Uill Smit qalmaqallı Oskar silləsi haqqında mahnı yazdı
Bryus Uillis Samuel L.Ceksona hansı məsləhətləri verib
Əfsanə romantik komediyanın 35 yaşı tamam olur
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
Skarlett Yohansson yeni filmi üçün studiyanın sosial şəbəkə təzyiqlərindən danışıdb
1-4 dekabr tarixlərində Braziliyada keçirilən “Comic Con Experience” (CCXP) (komiks, teleserial, film, animasiya, videooyunlar və ədəbiyyatın fantastika janrı) festivalında iştirak edən Hollivudun məşhur ulduzu Kianu Rivz (Keanu Reeves) “Con Uik-4” (“John Wick 4”) filmi barədə danışıb.
Rivz Cənubi Amerikanın məşhur mədəniyyət xəbər saytı “Omelete”yə verdiyi açıqlamada, "Con Uik-4 indiyə qədər çəkdiyim ən çətin filmdir" dedi. Məşhur aktyor sözlərini belə davam etdirib: “Fəaliyyət baxımından indiyə qədər çəkdiyim ən çətin filmdir, amma onu əzəmətli edən də budur”.
Rivz, daha əvvəl CCXP-də iştirak etdiyi başqa bir paneldə bir çox fərqli səhnələr də çəkdiklərini bildirib. Aktyor filmdə qəhrəmanının arxasıyca düşənlərin çox olduğunu söyləmişdi. Serialın 4-cü filmində Con Uik başına qoyulan mükafata görə bir çox muzdlu qatillərlə, öz azadlığı üçün Ali Şura ilə mübarizə aparır.
Rivslə, yanaşı Doni Yen (Donnie Yen), Bil Skarsqard (Bill Skarsgård) və Lorens Fişburnun (Laurence Fishburne) rol aldığı “Con Uik 4” 24 mart 2023-cü ildə ekranlara çıxacaq.
Con Uik serialının “spin off”u olan “Ballerina” da gələn il tamaşaçılarla görüşəcək. Rivz həmin filmdə Ana de Armasla tərəf-müqabil olacaq.