Elektrik xərclərini azaltmaq
Enerji istehsalı və satışına yeni yanaşma lazımdır
VÜQAR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əsası 20 il əvvəl qoyulan strateji
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
-
Bakıdan Avropaya yaşıl enerji
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
-
“Perspektivlər ümidvericidir”
İspaniya Azərbaycanın enerji sektoru ilə maraqlanır
-
Elektrik enerjisi istehsalında irəliləyiş
Ötən illə müqayisədə 205 milyon kilovatdan çox artım var
-
Dənizin külək enerjisi çox bahadır…
Hər meqavat üçün 3,6 milyon avro
-
Alternativ enerjiyə investisiyalar
Azərbaycan elektrik ixracından gəlirlərini artırmaq istəyir
-
Nəhənglər alternativlərə keçir
Külək və günəş enerjisi neft və qazı əvəz edəcək
-
Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 milyon kVt·stdan 286,6 milyon kVt·sta çatıb. Ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4 milyon kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 286,6 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 milyon kVt·st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 milyon kVt·st-a çatıb.
COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir.
İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xərclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.
Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar.