
“Narkobaron”
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Həddindən artıq istilər dünyanın müxtəlif ölkələrinə təsir edir. Mərakeş Səhiyyə Nazirliyi isti hava səbəbindən 21 xəstə və qocanın dünyasını dəyişdiyini açıqlayıb. ABŞ-da Kaliforniya ştatında meşə yanğınları ilə əlaqədar bölgə sakinləri üçün təxliyə əmri verilib.
Mərakeş Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkənin mərkəzi hissəsində yerləşən Beni Mellal şəhərindəki xəstəxanada həddindən artıq isti hava səbəbindən 21 ölüm hadisəsinin qeydə alındığı bildirilib.
Həyatını itirənlərdən 17-nin xəstəxanada müalicə olunan xəstələr olduğu qeyd olunub. Həlak olanların əksəriyyəti xroniki xəstəliklərdən əziyyət çəkən xəstələr və qocalar imiş. Bildirilib ki, temperaturun ciddi şəkildə yüksəlməsi həmin şəxslərin sağlamlıq durumlarının pisləşməsinə və ölümlərinə səbəb olub.
Nazirlik gün ərzində verdiyi digər açıqlamada “Yüksək istilərin insanların sağlamlığına təsirlərinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görüləcəyini”, – deyilir.
Mərakeş Meteorologiya İdarəsi iyulun 21-də verdiyi açıqlamada çərşənbə gününə qədər ölkənin bəzi bölgələrində temperaturun 46 dərəcəyə qədər yüksələcəyi ehtimalına görə vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib.
Şimali Afrikanın Aralıq dənizi iqliminə malik ölkəsi olan Mərakeş, xüsusilə son illərdə yayda temperaturun yüksəldiyi zamanlar meşə yanğınları ilə mübarizə aparır.
***
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Kaliforniya ştatında meşə yanğınları 6400 dekardan (640 hektar) çox ərazini məhv edib.
Kaliforniyanın Butte və Tehama bölgələrində sakinlərin təxliyə işlərinə başlanıldığını deyən səlahiyyətlilər, yanğınların yalnız 3 faizinin nəzarət altına alındığını bildiriblər. Digər tərəfdən, Oreqon və Aydaho ştatlarında fırtına səbəbindən elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər ildırım vurması nəticəsində bəzi evlərdə yanğın başladığını və fırtınanın təsiri ilə yanğınların böyüməsindən narahat olduqlarını bildiriblər.
Kaliforniyanın cənubunda təsirli olan meşə yanğınları dünən yaşayış məntəqələrinə də keçib.
Yanğının təxminən 2,6 kvadrat kilometr ərazini məhv etdiyini bildirən səlahiyyətlilər, 6 evin yandığını, 7-nin isə zərər gördüyünü açıqlayıb.