

Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
Fazil Məmmədov niyə Mikayıl Cabbarovla əvəzləndi?
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
«Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını deyişdi»
“Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 11.774,5 milyon manat olub”. Bu məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşıb.
Nazir daha sonra qeyd edir ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3 faiz artaraq 3.082,0 milyon manat təşkil edib. Qeyri neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur.
***
M.Cabbarov digər tvitində 2022-ci ilin yanvar-oktyabr aylarının nəticələrindən məlumatlardan bəhs edib. Nazirin yazdığına görə, bir çox makroiqtisadi göstəricilərdə artım müşahidə olunur. Xüsusilə, qeyri neft-qaz sektorunda investisiyaların həcmində və nəqliyyat daşımalarında yüksək dinamika var.