“Boğaz əvvəlki vəziyyətə qayıtmayacaq”
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
15:11 | 25 iyul 2024 | Cümə axşamı
Məqaləyə 413 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
ABŞ son zamanlar kosmos proqramını, eləcə də ballistik raket inkişaf etdirmə fəaliyyətlərini sürətləndirən Şimali Koreyaya qarşı yeni addım atıb. ABŞ Maliyyə Nazirliyi Pxenyana ballistik raket və kosmik proqramları üçün lazımi materialların çatdırılmasına kömək edən Çində yerləşən 5 təşkilat və 6 şəxsə sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada Şimali Koreyanın ballistik raket proqramının Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının bir çox qətnaməsini pozduğu xatırladılıb və “Bundan başqa, Şimali Koreya Ukraynadakı mülki əhalini və infrastrukturu hədəf almağa davam edən Rusiyaya ballistik raketlər tədarük edək Kremlin amansız müharibəsinə töhfə verir”, – deyib.
***
ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson mövzu ilə bağlı verdiyi açıqlamada Şimali Koreyanın BMT sanksiyalarını pozaraq ballistik raket texnologiyalarını inkişaf etdirməyə və yaymağa davam etməsinin hər iki region üçün “məsuliyyətsiz” və “sabitliyi pozan” hərəkət olduğunu bildirib: “Birləşmiş Ştatlar bu texnologiyalar üçün lazım olan əsas materialları təmin edən qeyri-qanuni təchizat şəbəkələrini zərərsizləşdirmək və bu fəaliyyətlərdə iştirak edənləri məsuliyyətə cəlb etmək üçün beynəlxalq sanksiyalar da daxil olmaqla, bütün vasitələrdən istifadə etməyə hazırdır”.
***
Qərar çərçivəsində “Beijing Sanshunda Electronics Science and Technology”, “Qidong Hengcheng Electronics”, “Shenzhen City Mean Well Electronics”, “Beijing Jinghua Qidi Electronic Technology” və “Yidatong Tianjin Metal Materials” şirkətlər və Çoe Chol Min, Şi Qianpey, Du Ciaxin, Uang Donqlianq, Çen Tianxin və Şi Anhui adlı şəxslər sanksiya siyahısına əlavə edilib. Sözügedən təşkilatların şəxslərin və aktivlərinin dondurulduğu, ticarətlərinə məhdudiyyətlərin qoyulduğu bildirilib.