 
                    
                     
                 14:42 | 11 iyul 2024 | Cümə axşamı
                Məqaləyə 498 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                14:42 | 11 iyul 2024 | Cümə axşamı
                Məqaləyə 498 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                Hindistanın Uttar Pradeş və Bihar ştatlarında ildırım vurması nəticəsində 63 nəfər ölüb.
“Hindustan Times” qəzetinin xəbərinə görə, Hindistan Meteorologiya Departamenti (İMD) çərşənbə və cümə axşamı günləri Uttar Pradeş ştatının 10 rayonunda və Biharın bir neçə bölgəsində çoxlu sayda ildırım düşdüyünü bildirib.
Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub.
Səhiyyə rəsmiləri Bihar əyalətində 40 nəfərin yaralandığı barədə məlumat da paylaşıblar.
Meteoroloqlar musson aylarında bu qədər güclü ildırım çaxmasının qeyri-adi olduğunu vurğulasa da, IMD çərşənbə günü təkcə Hindistanda deyil, yaxın bölgələrdə, o cümlədən Benqal körfəzi və Ərəbistan dənizində 240 min ildırım vurduğunu açıqlayıb.
İMD yaxın beş gün ərzində Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.


 
   
   
   
   
  