vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
09:17 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 1023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkili qiymət siyasəti

Yaponiyaya turist axınının təsiri – qiymətlərdə dəyişiklik etməyə çağırış

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyadakı bizneslər turistlərdən fərqli qiymətlər tətbiq etməyi düşünür. Yapon Valyutasının (yen) ucuzlaşması və turist axını ilə əlaqədar olaraq, biznes qurumları xarici turistlərə və əhaliyə ikiqat qiymət tətbiq etməyi planlaşdırır. Ölkənin ikinci böyük adası olan Hokkaydodakı turizm assosiasiyası qış tətili zamanı xüsusilə üstünlük verilən əyalətdəki biznes qurumlarını turistlərə alış-veriş üçün daha yüksək qiymətlər tətbiq etməyə çağırıb.

Yaponiyanın qərbindəki Himeji Bələdiyyəsi də keçən ay verdiyi açıqlamada UNESCO-nun Ümumdünya İrs siyahısında olan 17-ci əsrdən qalma Himeji qalasına xarici turistlər üçün giriş haqqının ən az 4 dəfə artırılmasının planlaşdırıldığını açıqlamışdı.

Bu ilin birinci yarısında Yaponiyaya təxminən 17,78 milyon turist səfər edib. Bu rekord sayda olanların əksəriyyəti ölkəyə Cənubi Koreya, Çin, Tayvan və ABŞ-dan gələnlərdir.

Osaka əyaləti həmçinin həddindən artıq turizmə qarşı çıxmaq üçün xarici ziyarətçilərdən əlavə vergilər tutmağı düşünür. Səlahiyyətlilər bunun 2025-ci ildə Osakada keçiriləcək EXPO Sərgisindən əvvəl qüvvəyə minə biləcəyini bildirir.

Digər tərəfdən paytaxt Tokioda bir restoran aprel ayından ikiqat qiymət tətbiq edir.

Tamatebako adlı dəniz məhsulları restoranı xarici turistlərdən həftə içi hər gün açıq bufet üçün 7678 Yapon Yen (təxminən 85 manat) alır. Yerli əhali üçün qiymət 6578 Yapon Yen (təxminən 74 manat) təşkil edir.

Yaponiyanın “Kyodo News” xəbər agentliyinə danışan iş adamı Şoqo Yonemitsu qiymət tətbiqi ilə bağlı bunları söyləyib: “Yapon dilli vətəndaşlar və ingilis dilində xüsusi xidmətə ehtiyacı olan xarici turistlər üçün eyni menyu qiymətini necə təyin edə bilərik?”

Fevral ayında “Loyalty Marketing” araşdırma şirkəti tərəfindən dərc edilən sorğuda iştirakçıların təxminən 60 faizi iki səviyyəli qiymətləri dəstəklyib.

Bununla belə, “Kokugakuin” Universitetindən Tomoya Umekava ikitərəfli qiymət siyasətinin diqqətlə müəyyən edilməsi lazım olduğuna diqqət çəkdi: “Yapon yenindəki enişdən sonra əcnəbilərin ödəyə biləcəyi dar düşüncəli yanaşma ilə qiymətlərin qəfil dəyişməsi problem yarada bilər”.