3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
12:45 | 29 sentyabr 2022 | Cümə axşamı
Məqaləyə 1941 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Hindistan Ermənistana 244 milyon dollar dəyərində silah verəcək. Bu, Dehli üçün xaricə ilk silah satışı, İrəvan üçün dağılmış hərbi arsenalın bərpası üçün fürsətdir.
Hərçənd, Dehlinin ilk silah bazarı olaraq Ermənistanı seçməsi müdafiə sənayesi üzrə ixrac imkanın dəyərləndirilməsindən daha böyük hədəfə hesablanıb. Bu addım Hindistanın Cənubi Qafqaza daxil olmaq məqsədi daşıyır.
1. Dehlini Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı narahat edir, xüsusilə bu ittifaqın Kəşmir məsələsində İslamabadın mövqeyini gücləndirməsi baxımdan.
2. “Üç qardaş”ın təşkil etdiyi ox Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm potensiala malikdir və Dehli bu xəttə qarşı əks-həmlələrə əl atır.
Hindistanın əks-həmlələrini Cənubi Qafqazda qurması da strateji əhəmiyyətli Orta Dəhlizin əsas xablarınan birinin bura olmasıdır. Dehli Orta Dəhliz üzərində Bakı-Ankara-İslamabad üçlüsünün Pakistanın Qvadar limanından istifadə perspektivinə qarşı çıxır. İranın Cabahar limanını əsas marşrut olaraq qəbul edilməsinə çalışır və bununla Pakistan, eləcə də Çin qarşısında əlini gücləndirmək istəyir. Və Orta Dəhliz üzərində əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinə qarşı Ermənistanla birlikdə hərəkət etmək Dehlinin maraqlarına uyğundur.
Hindistan Ermənistanı silahlandırmaqla həm Azərbaycana qarşı müqavimətini gücləndirməyə, həm də bölgədə iştirak imkanlarına nail olmağa çalışır.
Burada Qərb-Ermənistan-İran-Hindistan xəttinin maraqlarının uzlaşması, xüsusilə Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olmaları da diqqət çəkir. Və o ehtimalı da ön plana çıxarır ki, Hindistanın Ermənistanı silahlandırılması prosesinin pərdəarxası iştirakçıları arasında Qərb ölkələri də var.