“İranı indiki şəkildə idarə etmək olmaz”
Prezident Məsud Pezeşkian: “Sərt qərarlar qəbul edilməlidir”
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
Nyu-York bandası iş başında
Yaxud İranın rejim rəhbərin taktikası ilə maraqları arasında
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ölkəni indiki şəkildə idarə etməyin “mümkün olmadığını” deyib və “çətin qərarların” qəbul edilməsinin vacibliyini vurğulayıb.
İranın xəbər saytları, Pezeşkian and içmək üçün İran Şura Məclisinə getməzdən əvvəl ali dini lider Əli Xamneyi tərəfindən təsdiqlənməsi və seçilmiş prezidentə çatdırılacaq fərmanın hazırlanmasını əks etdirən foto yayımlayıb.
Dünən Pezeşkian İranın bütün əyalət valilərinin iştirak etdiyi iclasda iştirak etmək üçün Daxili İşlər Nazirliyinə gedib. Burada İran prezidenti ali dini lideri Əli Xamneyiyə verdiyi bütün dəstək mesajlarına, o cümlədən ötən bazar günü iranlı deputatlar qarşısında çıxışına görə təşəkkür edib və İran hökuməti ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Pezeşkiyan deyib: “Təbii ki, bu qələbə əməkdaşlıq, harmoniya, həmrəylik, xalqın ehtiyac və istəklərinə cavab verməyi tələb edir. Bu, seçkilərdə əldə etdiyimiz birliyi və harmoniyanı reallaşdırmağa imkan verən ümid işığıdır”.
Prezident Pezeşkiyanın tənqidçiləri, İran seçkiləri tarixində ən aşağı seçici fəallığının qeydə alındığı növbədənkənar prezident seçkilərinin birinci turunda 40 faiz, topladığı səsə əlavə 9 faiz qatmaqla qazandığı seçimdən təxminən üç həftə sonra keçməsinə baxmayaraq ölkənin üzləşdiyi problemləri həll etmək üçün aydın hökumət proqramı belə təqdim etmədiyini deyirlər.
İran prezidenti deyib: “Debatlarda dediklərim inandığım prinsiplər, həqiqət və ədalət haqqında idi. Mən xüsusi bir şey vəd etmədim. Amma dediklərim insanların hüquqlarının reallaşması üçün idi. “Biz hər kəsin öz hüquqlarını almasını təmin etmək istəyirik”, – deyib.
Pezeşkiyan səhiyyə sahəsində 4 prinsipdən bəhs edərək bunları “ədalət, ictimai fəallıq, sektorlararası əlaqələr və uyğun texnologiya” olaraq sıralayaraq, “fəallıq olandan sonra hər cür problemi aradan qaldıra bilərik, – deyib.
Pezeşkiyan sözlərini belə davam etdirdi: “İdeya ondan ibarətdir ki, insanlara və onların fəallığına inansaq, heç bir problemimiz olmayacaq. Problem bizdə, hakimiyyət orqanlarında, davranışlarımızda, insanlarla ünsiyyət tərzimizdədir. İnsanlara kömək etsək, yolumuzda heç bir maneə olmayacaq. Onlar inanırlar ki, biz onlara xidmət etmək üçün buradayıq. Biz onların qəyyumları deyilik, biz onların xidmətçiləriyik”.
Bu həftə millət vəkillərini seçkiləri boykot çağırışlarına baxmayaraq seçkiyə qatılanları məyus etməməyə çağırdıqdan sonra geniş tənqidlərə məruz qalan Pezeşkiyan, “Daxildə və xaricdə seçkiləri boykot edənlərin ağzına yumruq vurdular”, – deyib.
Pezeşkiyanı dəstəkləyən dairələr onun açıqlamalarından uzaqlaşmağa çalışarkən, siyasi fəallar Pezeşkiyandan üzr istəməsini istəyiblər. Çərşənbə axşamı “Cebheyi İslahat” (İslahat Cəbhəsi) üzvləri ilə görüşdə sözlərinin səhv başa düşüldüyünü deyərək tənqidləri boğmağa çalışan Pezeşkiyan, “Şura Məclisində söylədiklərim bəziləri tərəfindən təhrif edildi, – deyib.
Çərşənbə axşamı verdiyi bəyanatda ölkəsinin ağır sanksiyalara məruz qalması və daxili ixtilafların mənbəyi olduğunu deyən ölkəsinin yaxşı vəziyyətdə olmadığını bildirən İran prezidenti “düşmənlərin ağzından vurmaq” üçün birlik və həmrəyliyə çağırıb.
Dünən verdiyi açıqlamada daxili fikir ayrılıqlarına da münasibət bildirən Pezeşkiyan, “Biz döyüşmürük, bir-birimizi tərk etmirik, əvvəlki kimi anlaşmırıq, ancaq bir neçə sözə görə bir-birimizə düşmən oluruq”, – deyib.
Pezeşkiyan deyib: “Bu gün sanksiyalar altındayıq, problemlərimiz var, mən seçkilərdə rəqəmlərlə heç bir vəd verməmişəm, amma demişəm ki, camaata yalan danışmaram. Mən onlarla dürüst olacağam və belə olacağıma söz verirəm. Bu ölkədə ədalətin və hüququn təmin olunması üçün əlimdən gələni edəcəyəm. Bu, ancaq ictimaiyyətin iştirakı ilə mümkün ola bilər”.
Hamı üçün məqbul bir hökumət quruluşuna nail olmaq üçün müxtəlif partiyalarla məsləhətləşmək üçün zamanla yarışan Pezeşkiyan “milli barışıq hökuməti” quracağına söz verdi.
İran prezidenti sözlərinə belə davam edib: “Təyin etmək istədiyim idarəçilərə dedim ki, onlardan istədiklərim insanların məmnunluğunu ön planda tutmaq prinsipinə riayət etmələridir. Biz onların xidmətçiləriyik və onları razı salmalıyıq”.
İnsanlarla ədalətli davranmağa çağıran Pezeşkiyan, “Bir-birimizə kömək etməliyik. Çünki ölkəni indiki şəkildə idarə etmək mümkün deyil, çətin qərarlar qəbul etmək lazımdır və imkan verməməliyik ki, imkansızlar, yoxsullar bu qərarlarda ayaqlarımızın altında əzilsin. İnkişafda biz təkcə iqtisadi artımı deyil, insanları da görməliyik. Mən nəyin bahasına olursa olsun iqtisadi artımı məcbur edə bilmərəm, bu ölkədə yaşayan insanların problemlərlə üzləşməsinə icazə verə bilmərəm”.
İran mənbələri bildiriblər ki, Pezeşkian Co Baydenin prezidentliyinin son aylarında nüvə razılaşmasını canlandırmaq üçün danışıqlara başlamaq niyyətindədir.
Prezident seçkiləri kampaniyası zamanı nüvə sazişini canlandıracağına və sanksiyaları qaldıracağına söz verən Pezeşkian, Baydenin prezidentliyinin ilk aylarında İranın uranın zənginləşdirmə nisbətini 20 faizə, daha sonra isə 60 faizə qaldırdığı Strateji Addım Qanununu dəyişdirmək üçün parlamentdə çıxış edəcəyini vurğuladı.
Pezeşkianın yaxın müttəfiqi və müşaviri Məhəmməd Cavad Zərif deyib ki, sözügedən qanun Baydenin səylərinə mane olur.
Xameneyi bu həftə etdiyi çıxışında bir daha İranın nüvə proqramı ilə bağlı qanuna sadiq olduqlarını vurğulayıb və deputatları xarici siyasətdə fəal rol oynamağa çağırıb.
Bundan sonra Zərif qanunu tənqid etməkdən geri çəkilib və danışıqları ölkə qanunları çərçivəsində və 2015-ci il nüvə sazişi əsasında aparacağına söz verib.
İslahatçı internet saytları iddia edirdi ki, Pezeşkian 2021-ci ilin iyununda keçmiş prezident Həsən Ruhaninin hökuməti tərəfindən keçmiş Baş Müzakirəçi Abbas Arakçinin hakimiyyəti dövründə əldə edilmiş, lakin İranın nüvə danışıqları qrupunun dəyişməsi səbəbindən aylarla dondurulmuş nüvə razılaşmasını canlandırmaq üçün danışıqları yenidən başlatmağa çalışacaq.
Keçən həftə “Reuters”in ikisi Xameneyinin yaxın adamlarından olan beş İran rəsmisindən əldə etdiyi xəbərə görə, Xameneyi əhalinin 13-cü faizindən daha azının qatılacağı seçki hesabatını gördükdən sonra qatı mühafizəkarların iştirak etməyəcəyi seçkidə, etibarlı və mülayim şəxs Məsud Pezeşkianın prezidentliyə gedən yolunu açdı.
“Reuters”in mənbələri bildiriblər ki, Pezeşkianın mülayim şəxs olması narazı iranlıları sakitləşdirəcək, artan xarici təzyiqlər qarşısında daxili sabitliyi təmin edəcək və Xamneyiyə gələcək varisini seçməkdə etibarlı müttəfiq verəcək.