“Ölkəni pafoslu sözlərlə qorumurlar”
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
23:43 | 26 iyul 2024 | Cümə
Məqaləyə 630 dəfə baxılıb
Şriftin ölçüsü
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) 2021-ci ildən Marsda işləyən “Perseverance” roveri qayalıqda planetin milyardlarla il əvvəl həyata malik ola biləcəyini göstərən işarələr aşkar edib.
NASA-nın açıqlamasına görə, “Perseverance” roverinin tapıntıları üzərində çalışan elm adamları, milyardlarla il əvvəl mikrob həyatına ev sahibliyi edə biləcəyinə dair əlamətləri olan bir qaya müəyyən ediblər.
Böyük Kanyondakı şəlalədən sonra elm adamları tərəfindən “Çeyava şəlaləsi” adlandırılan ox ucu formalı qaya, Marsın keçmişdə mikroskopik həyata ev sahibliyi edib-etmədiyinə dair ipucu ola biləcək maraqlı xüsusiyyətlərə malikdir.
“Perseverance” roverində alətlərlə aparılan təhlillər göstərdi ki, uzunluğu 1 metr və eni 60 santimetr olan qayada qədim həyatın tərifinə uyğun izlər var. Qaya, rover tərəfindən tədqiq edilən ərazidə axan suyun milyardlarla il əvvəl mövcud olduğunu göstərir və kimyəvi imzaları və canlıların yaratdığı strukturları nümayiş etdirirdi.
“Perseverance” tərəfindən araşdırılan 22-ci qaya nümunəsi olan “Çeyava şəlaləsi” iyulun 21-də Jezero kraterinə axan su ilə çoxdan oyulmuş 400 metr enində qədim çay vadisi olan Neretva Vallisin şimal kənarını araşdırarkən tapıldı.
“Çeyava şəlaləsi”ni roverin “Raman and Luminescence Scanning of Habitable Environments for Organics and Chemicals (SHERLOC)” aləti ilə bir neçə dəfə skan etdikdən sonra onun tərkibində üzvi birləşmələr olduğu məlum olub.
Bildirilib ki, karbon əsaslı bu molekullar həyatın tikinti materialı hesab edilsə də, qeyri-bioloji proseslərlə də əmələ gələ bilir.
***
Pasadenadakı Kaliforniya Texnologiya İnstitutunun “Perseverance” layihəsinin əməkdaşı Ken Farli, ““Çeyava şəlaləsi” indiyə qədər “Perseverance” tərəfindən öyrənilən ən təəccüblü, ən mürəkkəb və potensial olaraq ən vacib qayadır” dedi mikrob həyatının enerji mənbəyi kimi istifadə edə biləcəyi kimyəvi reaksiyalar həyat üçün lazım olan suyun və suyun qayanın üzərindən axdığına dair ilk inandırıcı təsbitləri əldə etsək də, süxurun necə və nə dərəcədə əmələ gəldiyini hələ tam olaraq kəşf edə bilməmişik. Yaxınlıqdakı qayalar “Çeyava şəlaləsini” nə qədər qızdırıb və bu xüsusiyyətlərə töhfə verdiyini tam olaraq öyrənməmişik”, – deyib.
“Çeyava şəlaləsi” qayanın içindən keçən iri ağ kalsium sulfat damarlarına malikdir və onların arasında Marsa özünəməxsus paslı qırmızımtıl rəng verən minerallardan biri olan hematitin varlığını göstərən material zolaqları var.
Sözügedən qırmızı sahələr daha yaxından araşdırıldığında, bəbir naxışına bənzəyən qara maddələrlə əhatə olunmuş çoxlu nizamsız formalı, millimetr böyüklüyündə tünd ağ ləkələr də aşkar edilmişdir.
“Perseverans”ın “Planetary Instrument for X-ray Lithochemistry (PIXL)” aləti müəyyən edib ki, bu qara halolarda həm dəmir, həm də fosfat var.
“Bu ləkələr böyük sürprizdir. Yer üzündə qayalarda olan bu cür xüsusiyyətlər çox vaxt yerin altında yaşayan mikrobların daşlaşmış qalıqları ilə əlaqələndirilir”, – Avstraliyanın Kvinslend Universitetinin astrobioloqu, “Perseverance” komandasının üzvü David Flannery deyib.
***
Digər tərəfdən, süxurda təsbit edilən millimetr böyüklüyündə olivin kristallarının və sulfatın planetdəki maqmanın kristallaşması nəticəsində əmələ gəlməsi və yaşayış üçün qeyri-mümkün olan temperaturda qayaya yapışaraq qeyri-bioloji proseslərlə bəbir naxışları əmələ gətirməsi də mümkündür.
Alimlər müşahidə edilən izlərə dair digər fikirləri də dəyərləndirir və qədim həyatın qəti tapıntısı üçün əlavə tədqiqatların lazım olduğunu bildirirlər.