vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
DİGƏR NÖVLƏR  
23:12 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 1182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hicab yerinə papaq

Fransız idmançının hicabla Olimpiadanın açılış mərasiminə buraxılmaması tənqidlərə səbəb oldu

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın ev sahibliyi edəcəyi 2024-cü il Paris Olimpiya Oyunlarında ölkəsini təmsil edəcək fransalı qaçışçı Sunkamba Silanın (Sounkamba Sylla) hicablı açılış mərasiminə buraxılmaması reaksiyaya səbəb olub.

4x400 metr məsafəyə estafet yarışında Fransanı təmsil edəcək Sunkamba Sila keçən həftə sosial media hesabında hicablı olduğu üçün açılış mərasiminə buraxılmadığını elan etdikdən sonra reaksiyalar artıb.

İdmançılar və sosial media istifadəçiləri Fransa hökumətini tənqid edərkən, Fransanın idman naziri AmeliUdea Kastera (Ameli Oudea-Kastera) CNN-ə müsahibəsində idmançının açılış mərasimində iştirak etməsinin “həll” olduğunu bildirib. “Bu, qanundur və biz qanuna tabe olmalıyıq və o çox yaxşı başa düşür ki, öz ölkəsini təmsil edən idmançıdır, nümunə götürməlidir”.

Nazir Udea-Kastera fransız idmançı ilə “dini simvol sayılmayacaq başqa bir şey geyinib geyə bilməyəcəyi” mövzusunda danışdıqlarını və bu mövzuda razılığa gəldiklərini açıqlayıb.

Digər tərəfdən, Fransa Olimpiya Komitəsi açılış mərasimində iştirak etmək üçün papaq taxması tələb edilən Sillanın təklifi qəbul etdiyini açıqlayıb. Fransız idmançı “İnstagram” hesabında bunları paylaşıb: “Nəhayət ki, razılığa gəldik ki, Olimpiya Oyunlarının açılış mərasimində iştirak edə biləcəm”.

Olimpiya oyunlarının təşkilinə məsul qurum olan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bununla bağlı heç bir məhdudiyyəti olmasa da, Fransa olimpiadada mübarizə aparacaq milli komanda oyunçularına hicab qadağası qoyur.

Fransanın idman naziri Udea-Kastera 2023-cü il sentyabrın 24-də Paris Olimpiya Oyunlarında fransız idmançılara hicab taxmağın qadağan edildiyini açıqlayıb və idmanda “sərt dünyəvilik” rejiminin tətbiqinin tərəfdarı olduqlarını bəyan edib.

Qadağa qərarı idman ictimaiyyəti və insan haqları təşkilatlarının reaksiyasına səbəb olsa da, başda “Amnesty International” olmaqla bir çox təşkilat bir araya gələrək, mayın 24-də tətbiq edilməsinə qərar verilən qadağaya qarşı BOK-a məktub göndərib.

Məktubda BOK-dan Fransanın idman orqanlarına həm Paris Olimpiya Oyunlarında, həm də bütün idman yarışlarında fransalı idmançıların hicab taxmasına qoyulan bütün qadağaların aradan qaldırılması üçün ictimai müraciətlə çıxış etməsi istənilib. Lakin hüquq müdafiə təşkilatlarının bu cəhdi uğursuz alınıb.

***

Fransanın ev sahibliyi ilə iyulun 26-dan avqustun 11-dək keçiriləcək oyunların açılışı sabah Sena çayında mərasimlə keçiriləcək. Beləliklə, Olimpiya Oyunları tarixində ilk dəfə olaraq açılış mərasimi yarışların keçiriləcəyi stadiondan kənarda baş tutacaq.

Olimpiya Oyunları çərçivəsində təxminən 16 milyon turistin gözlənildiyi Parisdə 100 ildən sonra keçirilən mundiala 206 nümayəndə heyətindən 10500 idmançı qatılacaq. Paris 2024-ün açılış mərasimində əlavə 110 dövlət və hökumət liderinin iştirakı gözlənilir.