Bayden deyinib
“İkinci müddətə layiq idim”
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Bazar günü onlayn olaraq prezidentlik namizədliyindən geri çəkildiyini elan edən ABŞ prezidenti Co Bayden çərşənbə günü axşam Oval kabinetdən xalqa müraciətində qərarının səbəblərini və prezidentliyinin qalan altı ayında nə etmək istədiyini açıqlayıb.
“İnanıram ki, prezident kimi dosyem, dünyadakı liderliyim və Amerikanın gələcəyinə baxışım ikinci müddətə layiqdir”.
Bayden, ikinci dəfə yarışdan geri çəkilmək istəmədiyini vurğulayarkən, o, demokratiyanın qorunmasının heç bir tituldan dəyərli olmadığını deyib.
Son həftələrdə partiyasını birləşdirmək lazım olduğunu anladığını qeyd edən 81 yaşlı prezident, “Məşəli yeni nəslə ötürməyin ən yaxşı yolu olduğuna qərar verdim. Bu, millətimizi birləşdirməyin mümkün yoludur”, – deyib. Bundan əlavə, Bayden əlavə etdi ki, daha yeni və daha gənc namizədlərə ehtiyac var.
Prezidentliyinin qalan 6 ayında da işini görməyə davam edəcəyini deyən Bayden respublikaçıların istefa çağırışları rədd edib. İqtisadiyyatı inkişaf etdirməyə davam edəcəyini və ABŞ Ali Məhkəməsində islahatlar aparmaq niyyətində olduğunu bildirən Bayden, xarici siyasətə də üstünlük verəcəyini deyib.
***
Bayden dünən Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Kameralar qarşısında əl sıxaraq onları salamlayan Bayden “müzakirə edəcəyimiz çoxlu məsələmiz var” deyərək, sözü Netanyahuya verib. Netanyahu həmçinin Baydenə 50 illik dövlət vəzifəsində İsrailə verdiyi dəstəyə görə təşəkkür edib və yaxın aylarda birlikdə işləməyi səbirsizliklə gözlədiyini bildirib. Liderlər daha sonra mətbuata qapalı görüş keçiriblər.