Klassik casusluq taktikası
Ekspertlərin ABŞ-da Çinə işləməkdə ittiham olunan keçmiş məsləhətçinin hərəkətlərinə qiymət verib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Mütəxəssislər Çinə işləməkdə ittiham olunan Nyu-York qubernatoru Keti Hoçulun keçmiş müşaviri Linda Sunun hərəkətlərini Çinin “klassik casus taktikası” kimi qiymətləndiriblər.
“NBC News”a danışan ekspertlər ABŞ Ədliyyə Nazirliyinin Çin hökuməti və Çin Kommunist Partiyasının məxfi agenti kimi fəaliyyət göstərməkdə günahlandırılan Sun haqqında sentyabrın 3-də dərc etdiyi 64 səhifəlik ittihamnaməni dəyərləndiriblər.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş yüksək vəzifəli məmuru Dennis Uaylder “NBC News” televiziyasına deyib ki, Suna qarşı açılan işi Çin tərəfindən həyata keçirilən kəşfiyyat taktikasının “tipik” nümunəsi kimi görür.
Sunun hərəkətlərini Çinin “klassik casus taktikası” olaraq xarakterizə edən Uaylder, bu hərəkətlər üçün Çinlə mühüm əlaqələri olan, Amerika vətəndaşlığı olan, Çin dilində danışan və Çində ailəsi olan şəxslərin seçilməsini ölkənin klassik kəşfiyyat metodu olduğunu bildirib.
Uaylder, həmçinin Nyu-York qubernatoru Hoçul üçün işləyən bir şəxsin “Çin üçün faydalı olacağını” vurğulayıb. Çünki o, Tayvan hökumətinin Nyu-York əyalətinin yüksək səviyyəli rəsmilərinə girişini əngəlləyəcək.
Bundan əlavə, ABŞ-da yerləşən Demokratiyaları Müdafiə Fondunun (FDD) Çin üzrə baş eksperti Kryaq Sinqleton, Sun hadisəsinin Çinin ABŞ-ın siyasi qərarlarına müdaxilə etmək üçün “gizli aktorlardan” necə istifadə etdiyinə bir nümunə olduğunu təklif edib.
Sinqleton bildirib ki, Suna qarşı ittihamlar Çinin siyasi dairələrin etibarından sui-istifadə edərək ABŞ administrasiyasının bütün səviyyələrinə nüfuz etmək və təsir etmək strategiyasını ortaya qoyur.
***
Ədliyyə Nazirliyinin sentyabrın 3-də dərc etdiyi ittihamnamədə keçmiş məsləhətçinin Çinə məlumat sızdırdığı qeyd edilib.
Sunun ABŞ hökumətindəki yüksək rütbəli vəzifəsindən sui-istifadə etdiyini iddia edən iddianaməyə görə, keçmiş müşavir, 2020-ci ildə, COVİD-19 pandemiyasının yeni yayılmağa başladığı bir vaxtda, Çin rəsmisini asiyalı amerikalılara qarşı nifrət cinayətlərinin müzakirə olunduğu onu dar çərçivədə onlayn keçirilən görüşə daxil edib.
İddianamədə Sunun sözügedən Çin rəsmisinə görüş zamanı telefonun mikrofonunu söndürməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyi qeyd edilib.
Keçmiş müşavir və əri Kris Hunun Çin hökumətinin gündəmini gizli şəkildə dəstəkləmək müqabilində balet və konsertlər kimi tədbirlərə bilet və ya səyahət yardımı kimi bir çox imtiyazlar aldığı da bildirilib.
Həmçinin Sun və həyat yoldaşının Nyu-York və Havayda təxminən 5,5 milyon dollar dəyərində iki daşınmaz əmlak və 2024 model “Ferrari” almaq üçün çirkli pulların yuyulması ilə də məşğul olduğu iddia edilib.
***
Sun, Çin Xalq Respublikasının və Çin Kommunist Partiyasının məxfi agenti kimi fəaliyyət göstərməkdə, onların tələbi ilə siyasi fəaliyyətlə məşğul olmaqda, məsələn, “Tayvan hökumətinin nümayəndələrinin Nyu-York ştatının yüksək vəzifəli şəxsləri ilə görüşməsinə icazə verməməkdə” və “Çin hökumətinin siyasətini gizli şəkildə təbliğ etməkdə” günahlandırlır.
Sunun Çindən gələn rəsmi nümayəndə heyətləri üçün Nyu-York hökumət rəsmiləri ilə görüşlər təşkil etməyə çalışdığı iddia edilib.
Sunun əri Kris Hunun da mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, bank fırıldaqçılığı və şəxsiyyət məlumatlarından sui-istifadə ittihamları ilə mühakimə olunacağı bildirilib.
Sun və əri Hu sentyabrın 3-də ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən Lonq Aylenddəki evlərində saxlanılıb.
Dünən məhkəmə ittihamları qəbul etməyən cütlüyün ümumi girov məbləğinin 2 milyon dollar olacağına qərar verib.
Səyahət hüquqları məhdudlaşdırılan cütlüyün növbəti məhkəmə iclası sentyabrın 25-nə təyin edilib.