vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
16:26 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 107 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan texnoloji qadağalar

Kvant kompüterləri və çip ixracına yeni məhdudiyyətlər qoyulur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) ölkənin beynəlxalq tərəfdaşları ilə texniki razılaşma əldə etdiyi kritik və inkişaf etməkdə olan texnologiyaların ixracına nəzarəti nəzərdə tutan aralıq yekun qaydaları dərc edib.

BIS-in verdiyi açıqlamada, bu qaydaların kvant kompüterləri, çip istehsalı və digər qabaqcıl texnologiyalarla bağlı nəzarətləri əhatə etdiyi bildirilib.

Açıqlamada, hərbi tətbiqlərdə istifadə oluna biləcək kritik texnologiyaları ortaya çıxması və inkişafı davam etdiyi üçün onların ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasətinə zidd məqsədlər üçün istifadə edilməməsini təmin etmək səbəbilə tənzimləmənin vacib olduğuna diqqət çəkib.

Bugünkü tənzimləmə çərçivəsində ixrac nəzarətinin tətbiq ediləcəyi məhsullar haqqında məlumat verən açıqlamada, sözü gedən məhsullara – kvant kompüterləri, müvafiq avadanlıqlar, komponentlər, materiallar, proqram təminatı və kvant kompüterlərinin işlənib hazırlanmasında və texniki xidmətində istifadə oluna bilən texnologiyalar; qabaqcıl çiplərin istehsalı üçün lazım olan alətlər və mexanizmlər; superkompüterlərdə istifadə oluna bilən yüksək performanslı hesablama çiplərini istehsal edən və ya inkişaf etdirən texnologiyalar; Metal və ya metal ərintisi komponentlərinin istehsalı üçün nəzərdə tutulmuş avadanlıq, komponentlər və əlaqəli texnologiya və proqram təminatı daxildir.

Bəyanatda, bu cür düşünən bir neçə ölkənin kvant hesablamaları və qabaqcıl çiplərin istehsalı ilə bağlı məhsulların ixracı üçün yeni milli nəzarət tətbiq etdiyi və digər ölkələrin də yaxın vaxtlarda oxşar nəzarəti həyata keçirməsinin gözlənildiyi bildirilib.

Qabaqcıl texnologiyalar sahəsində davam edən beynəlxalq əməkdaşlığın əhəmiyyətinə vurğu edilən bəyanatda, sözügedən məhsullar üçün ixrac nəzarətində lisenziya azadlığı verilən ölkələr sıralanıb.

Siyahıdakı bəzi məhsullar üçün istisna edilən ölkələr arasında İtaliya, Böyük Britaniya, Avstraliya, Kanada və Yaponiya kimi ABŞ-ın müttəfiqləri də var.

Digər tərəfdən, ölkə mətbuatında yer alan xəbərlərdə ABŞ-ın çiplə əlaqəli məhsulların Çinə ixracı üçün yeni bir nəzarət paketi üzərində ayrıca çalışdığı bildirilir.