Neft qiymətləri yüksəlişdə
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
13:29 | 16 mart 2019 | Şənbə
Məqaləyə 3114 dəfə baxılıb
Şriftin ölçüsü
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
Qlobal neft hasilatı fevralda əvvəlki ayla müqayisədə gündəlik 340 min barel azalaraq təxminən 99 milyon 750 minə enib.
Amerika Birləşmiş Ştatları Beynəlxalq Enerji Agentliyinin (EİA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 240 min barel azalaraq 30 milyon 680 min olub.
Xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 5 milyon 570 min barel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 36 milyon 250 min barel təşkil edib.
Fevralda OPEC daxilində gündəlik ən çox istehsal artımı İranda olub. İranda gündəlik hasilat 20 min barel artımla 2 milyon 740 minə qalxıb.
Hesabata görə, ötən ay OPEC daxilində istehsal ən çox Səudiyyə Ərəbistanı və Venesuelada azalıb. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 100 min barel azalaraq 10 milyon 140 min, Venesuelanın gündəlik hasilatı da 100 min barel azalaraq 1 milyon 140 min barelə enib.
OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə 100 min barel azalaraq, bütövlükdə gündəlik 63 milyon 500 min barel olub.
Beləliklə, qlobal neft hasilatı fevralda əvvəlki ayla müqayisədə gündəlik 340 min barel azalaraq 99 milyon 750 min barelə enib.
Hesabata görə, qlobal neft tələbinin bu il gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 600 minə yüksələcəyi proqnozlaşdırılır.