vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 iyul 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
23:45 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 2233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Səddamı da bu yolla devirdilər”

Elxan Şahinoğlu: “MKİ Venesuelanın ordu generalları ilə danışıqlar aparır”

Emil SALAMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela prezidenti Nikolas Maduronun devrilməsi planı reallaşmadı. ABŞ və Avropanın bəzi dövlətlərinin açıq dəstəklədiyi spiker - müxalifət lideri Xuan Quaido müvəqqəti prezident elan olunsa da, faktiki dövlət başçısı Madurodur.

Prezident isə rəqibinə müraciətində onu parlament seçkiləri elan etməyə çağırıb. Maduro bu bəyanatı tibb universitetlərinin məzunları qarşısında etdiyi çıxışda səsləndirib.

“O, nə üçün ölkədə parlament seçkiləri elan etmir, xalqın onu səsvermə yolu ilə kənarlaşdıracağından qorxur? Qoy, bu, özünü Venesuela prezidenti təyin etmiş kloun seçkilər təşəbbüsünü irəli sürsün”, - deyə N.Maduro gileylənib.

ABŞ prezidenti Tramp isə Venesuela ordusunu prezident Maduroya yardımını dayandırmağa və humanitar yardımların ölkəyə daxil etməyə çağırıb.

Ərzaq və yardım daşıyan Amerika təyyarələri Kolumbiya ilə sərhəddə gözləməli olub. Belə ki, yardımların venesuelalılara nə zaman çatdırılacağı bəlli deyil. Maduro isə bunu ABŞ işğalının başlanğıcı adlandıraraq, işğala hərbi yolla mane olacağını bildirib.

“O, xalqının yardımlarla deyil, aclıqla təmin edilməsini istəyir”-, Tramp bildirib. ABŞ prezidenti çıxışı zamanı sosializmi dəfələrlə pisləyib. “Sosializm və kommunizmin günləri qalıb” - deyə, ABŞ dövlət başçısı bildirib.

Qeyd edək ki, böhran 3 milyona yaxın venesuelalını ölkəni tərk etməyə vadar edib. ”Biz könüllülər konstitusiyamızı qoruyacağımıza və humanitar yardımları ölkəyə gətirəcəyimizə and içirik” - Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo deyib.

Quaydo Kolumbiya, Braziliya və Karib dənizi ölkələrində üst-üstə yığılan ABŞ yardımlarının çatdırılması üçün könüllülər ordusu yaradıb.

Politoloq Elxan Şahioğlu bildirdi ki, hər şey ordunun mövqeyindən asılı olacaq. Onun fikrincə, gedişat ABŞ-ın Venesueladan əl çəkməyəcəyini göstərir.

“ABŞ Latın Amerikasına arxa bağçası kimi baxır. Hələ 60-70 illərdə eyni proses Çilidə yaşandı. Salvador Alyendeni devirdilər və yerinə Pinoçet gətirildi.

İndi də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif vasitələrdən istifadə edir. Bu vasitələrdən biri də Venesueladakı ağır iqtisadi vəziyyətdir”, - deyə ekspert vurğuladı.

Analitik ilk dəfə maraqlı situasiya yaşanadığını bildirir: “Ölkənin yarısı müxalifəti dəstəkləyir, yarısı Maduronu.

Hazırda MKİ Venesuelanın ordu generalları ilə danışıq aparır. Vaxtilə Səddamı devirmək üçün iraqlı generallar ələ alınmışdı. Əgər bu prosesdə Maduro güclənsə, Amerikanın imicinə ağır zərbə olacaq.

Sadəcə, unikal situasiyadır. Belə situasiya xatırlamıram. Spiker müxalifdir, parlamentdə müxalifət üstünlükdür, prezident isə iqtidardır.

Hazırda iki nəfər özünü prezident sayır. Bir azdan nazirliklər də bölünəcək. Digər tərəfdən Amerika Kolumbiya üzərindən yardım göndərir. Bu gedişlə Madurodan imtina edən nazirlərin sayı artacaq”.

Venesuelanın ABŞ üçün əhəmiyyətindən danışan siyasi şərhçi hesab edir ki, burada Maduronun Rusiya və Çinlə sıx əlaqəsi qurması, eləcə də neft amili rol oynayır: “ Venesuela aparıcı neft ölkəsidir. Amerika istəmir ki, arxa bağçasına kimsə girsin.

Kubaya birtəhər dözür. Amerika Kubanı iqtisadi blokadada saxlamaqla nə günə qoydu. Boliviyada da prezident solçudur, amma Venesuela qədər ABŞ-la açıq dirəşmir”.