vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
11:32 | 24 fevral 2019 | Bazar Məqaləyə 3420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Diktator ölkəsini blokadaya alıb

Maduronun “başkəsənləri” humanitar yardıma od vurdu, ABŞ ultimatum verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela müxalifətinin Kolumbiya və Braziliyadan ölkəyə humanitar yardım keçirmək cəhdi qanlı qarşıdurmaya səbəb olub. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ötən gün müvəqqəti prezident Xuan Quaydo Braziliyadan Venesuelaya humanitar yardım daşıyan ilk yük maşınının keçdiyini elan etsə də Maduroya sadiq ordu qüvvələri daha sonra humanitar yüklərin qarşısını alıb.

Ordu qüvvələrinin yandırıcı güllələr və gözyaşardıcı qaz tətbiq etməsindən sonra Kolumbiya və Braziliya ilə sərhəddə humanitar yardımla yüklü üç yük maşını yanıb. Sərhəddə müxalifət tərəfdarları ilə ordu qüvvələri arasında toqquşmalar baş verib. Ordu qüvvələrinin açdığı atəşlə 300-dən çox adamın yaralandığı, ölənlərin olduğu xəbər verilir.

Bu qarşıdurmadan sonra Xuan Quaydo beynəlxalq ictimaiyyəti Venesueladakı böhranı aradan qaldırmaq üçün “bütün mümkün vasitələrdən istifadə etməyə” çağırıb.

ABŞ dövlət katibi Mayk Pompeo isə Nikolas Maduroya qarşı sərt bəyanatla çıxış edib, onun tərəfdarlarını “başkəsənlər” adlandırıb və dinc əhaliyə divan tutmaqda günahlandırıb.

“ABŞ Venesuelanın dinc sakinlərinə  qarşı Maduronun başkəsənlərinin həyata keçirdiyi hücumları pisləyir. Bu hücumlar ölümlərə və yaralanmalara səbəb olub”, - dövlət katibi “Twitter”dən bəyan edib.

Pompeo Maduro rejiminin cinayətkar fəaliyyəti nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib: “Biz onların ədalətin bərpa edilməsinə dair tələblərinə qoşuluruq”.

Dövlət katibi bildirib ki, ABŞ humanitar yardımı ölkə ərazisinə buraxmayan Maduronu pisləyir. O, sərhəddə humanitar yardımla yüklü maşınların yandırılmasına dair təsvirləri “iyrənc” adlandırıb.

“Xuan Quaydonun insanlara kömək çatdırııması üçün səylər göstərdiyi bir vaxtda Maduro günahsız insanlara hücum etmək üçün silahlı bandaları göndərir”-Dövlət Departamentinin rəhbəri bildirib.

ABŞ-dan daha bir bəyanatla prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton çıxış edib. Bolton bildirib ki, Venesuela ordusu humanitar yardımı ölkəyə buraxmasa ABŞ Maduro rejiminə qarşı daha sərt sanksiyalar tətbiq edəcək. Və rejimin təcrid olunmasını daha da gücləndirəcək.

Gözlənilir ki, Venesuelaya qarşı yeni sanksiyalar yaxın günlərdə elan ediləcək. Bu arada Venesuela ordusunun onlarla hərbçisinin Kolumbiyaya qaçdığı açıqlanıb. Kolumbiya tərəfi bildirib ki, hərbçilər iki ölkə sərhədindəki Simon Bolivar körpüsündən keçməklə ölkə ərazisinə daxil olublar və siyasi sığınacaq istəyiblər.