vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
16:49 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ sərhədində böyük gərginlik...

“F-35”lər Çin və Rusiya döyüş təyyarələrini geri otuzdurdu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Ordusu ABŞ prezidenti qarşıdan gələn seçkilər ərəfəsində flaş açıqlama verib. ABŞ Hərbi Hava Qüvvələri ölkə sərhədinə yaxın uçan 2 Rusiya və 1 Çin bombardmançı təyyarəsini təsbit etdiklərini və bu təyyarələri geri qaytardıqlarını açıqlayıb. Son zamanlar bu üç ölkə arasında Sakit okean və Arktika bölgələrində baş verən hadisələrə görə gərginlik artır. Bildirilir ki, Alyaskada Çinin döyüş təyyarəsi uçması bir ilkdir.

***

“Rusiya və Çin təyyarələri beynəlxalq hava məkanında qaldılar və Amerika və ya Kanadanın suveren hava məkanına daxil olmadılar. NORAD Şimali Amerika yaxınlığında rəqabət aparan fəaliyyətləri izləməyə və cavab verməyə davam edəcək”, - NORAD-ın bəyanatında deyilir. Baydenin çıxışına bir saat qalmış Rusiya və Çin təyyarələrinin ABŞ sərhədinə yaxınlaşmasının prezidentin çıxışı ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

***

Bildirilir ki, Rusiya və Çin arasında birgə uçuş da bir ilkdir. Ərazisi Alyaskaya yaxın olan Rusiya son aylarda dəfələrlə ABŞ hava məkanına yaxınlaşıb. ABŞ hava məkanında Çinin casus şarları aşkar edilib. Lakin sərhədi ABŞ-dan kifayət qədər uzaqda olan Çinin ilk dəfə olaraq bura döyüş təyyarələri göndərdiyi bildirilir.

***

Digər tərəfdən Alyaskadakı bu gərginliyin Şimal Buzlu Okeanı ilə bağlı olduğu da iddia edilir. Rusiya son vaxtlar Şimal Buzlu Okeanında hərbi təlimləri və hipersəs raket sınaqlarını artırıb. ABŞ Alyaska ilə həmsərhəd olan Şimal Buzlu Okeanında Rusiyanın bu hərəkətlərinə qəti şəkildə qarşı çıxır. Qlobal istiləşmə və buzlaqların əriməsi səbəbindən yeni yaranan ticarət yolları və yaranan neft yataqları Rusiya, Çin və ABŞ arasında gərginliyə səbəb olub.

***

Dünən Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter Typhoon” döyüş təyyarələri Qara dəniz üzərində uçan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-27”lər tərəfindən geri qaytarılıb.