vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ASİYA  
19:27 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 229 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Seçki ərəfəsində rüşvət təlatümü

Müxalifət alyans üzvü partiya liderinin qalmaqallı həbsinə görə ölkənin baş nazirini günahlandırır

XALİDƏ

Seçkilərə sayılı günlər qalan ərəfədə səsləndirilən rüşvət iddiası Hindistanda böyük səs-küyə səbəb olub. Müxalifət partiyasının lideri Aam Aadmi və Dehlinin baş naziri Arvind Kejrival içki podratçılardan 1 milyard rupi (12 milyon dollar) rüşvət almaqda ittiham olunaraq bu gün məhkəmə qarşısına çıxarılıb. Yeni Dehli Məhkəməsi Federal İcra Müdirliyi tərəfindən martın 21-də saxlanılan Kejrivalın həbs müddətinin aprelin 15-dək uzadılmasına qərar verib.

Qərardan sonra Aam Aadmi Partiyasının verdiyi açıqlamada Kejrivalın Dehlinin baş naziri olaraq qalacağı bildirilib.

Aam Aadmi Partiyası aprelin 19-da Hindistanda başlayacaq ümumi seçkilərdə hakim Bharatiya Janata Partiyasının (BJP) əsas rəqibi olan “Hindistan” ana müxalifət alyansının bir üzvüdür. Müxalifət partiyaları iddia edirlər ki, Hindistanın baş naziri Narendra Modinin hökuməti əsas fiqurlara qarşı reydlər, həbslər və korrupsiya araşdırmalarına işarə edərək, rəqiblərini təqib etmək və zəiflətmək üçün federal istintaq orqanlarından sui-istifadə edir.

Hindistanın baş naziri Modinin partiyası təhlükəsizlik qüvvələrinin müxalifəti hədəfə almaq üçün istifadə edildiyi iddiasını rədd edir və qurumların müstəqil fəaliyyət göstərdiyini bildirir.