vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏNAYE, AQRAR  
18:24 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fermerlər narazıdır

Narın qiyməti qane etmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündür ki, Göyçayda nar yığımı başlayıb.

Təsərrüfat sahiblərinin sözlərinə görə, ötən illə müqayisədə bu il məhsul boldur. Geosiyasi vəziyyətlə əlaqədar olaraq xarici bazara ixrac çətinləşdiyindən, fermerlər məhsulun hamısını sata bilmirlər. Yerli bazarda isə qiymətlər xeyli enib.

Məhsul fermerlərdən ucuz alınsa da, bazarlarda baha satılır. Satıcı Bəhruz Bədirov deyir ki, narın qiyməti onun keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir.

Satıcının sözlərinə görə, yerli bazarda da narın alıcısı azalıb. Adətən ərzində 20-50 kiloqram nar satılsa da, bəzən ümumiyyətlə alıcı tapılmır.