vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
10:57 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 2263 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Venesuela üçün vuruşaram»

Venesuela prezidentini dəstəkləyən Maradonaya müxalifətin cavabı gecikmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın məşhur futbolçusu Dieqo Maradona Cənubi Amerika ölkəsi olan Venesuelada yaşanan siyasi böhran və silahlı toqquşmalarla bağlı ilginc açıqlamalar verib. Əfsanə futbolçu bu barədə «Facebook»dakı səhifəsində status paylaşıb. Statusuna Venesuelanın keçmiş prezidenti Uqo Çavesin tərəfdarları üçün söylənilən «Ölənə qədər Çavesliyik» şüarıyla başlayan Maradona «Əgər Maduro (Venesuelanın indiki prezidenti – red.) əmr edərsə müstəqil Venesuela üçün imperialistlərə və bayraqlarımızı bizdən almağa qarşı vuruşmağa hazıram. Yaşasın inqilab!»

Argentinalı mesajını 3 dildə - ingiliscə, ispanca və italyanca paylaşıb.

Dieqo Maradonaya ilk cavab da elə Venesueladan gəlib. Ölkə müxalifətinin liderlərindən olan Enriqi Kapriles (Henrique Capriles) dəvət aldığı radio proqramlarından birində «Əgər Maradona Venesuelaya gəlmək istəyirsə, mən onu hava limanında şəxsən qarşılamağa və ölkəni gəzdirməyə hazıram. Qoy o Venesuelanın hansı vəziyyətdə olduğunu öz gözləri ilə görsün», deyib.