İrma iki adanı yerlə yeksan etdi
Dəymiş zərərin miqyası fövqəladədir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Floridada Helen qasırğası
6 metr hündürlükdə dalğalar, saatda 225 km sürət yığan fəlakət
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Çin Bebincanı qarşılamağa hazırlaşır
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
-
“Yaği” 63 nəfəri öldürüb
Vyetnamdakı qasırğa nəticəsində itkin düşənlərin sayı 40-a çatıb
-
Fırtına və leysan İtaliyada fəlakət törədib
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
-
Vyetnamı viran qoyan “Yaği”
Qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb
-
Yaponiya qasırğaya əsir düşüb
Təyyarə uçuşları və qatar reysləri ləğv edilib
-
Aqata Meksikanı dağıdır
Qasırğa 10 nəfərin həyatına son qoyub, 20 itkin var
-
Neyt qasırğası ABŞ-a doğru irəliləyir
Saatda 150 kilometr sürətlə ...
-
«Partlayışın qarşısını almaq mümkünsüzdür»
Hyuston daşqını - kimyəvi zavodda nə baş verib?
-
Harvi Luizianaya istiqamətləndi
Qasırğa 9 nəfərin həyatına son qoyub
-
«Noru» Yaponiyanın altını üstünə çevirdi
2 nəfər həlak oldu,, 42 yaralı var
-
Moskvada növbəti qasirğa
İki nəfər həlak olub, xeyli yaralı var
-
Maqnit qasırğası Yerə çatdı
Kosmik aparatlar təhlükədə
-
İrma qasırğası Karib hövzəsində binaları xarabalıqlara çevirməklə və azı on nəfərin ölümünə səbəb olmaqla genişmiqyaslı dağıntılara səbəb olub.
Barbuda adasının hazırda «yaşayışa az yararlı» olduğu deyilir. Rəsmilər Fransaya aid St Martin adasının tamamilə dağıldığını deyirlər.
Ən yüksək kateqoriya ilə qiymətləndirilmiş İrma Puerto-Rikonun şimalından Dominikan Respublikasının şimalına keçib və Turks və Kaykos adalarına tərəf gedir.
Bu, Kariblərdə son on ilin ən güclü qasırğası hesab olunur və sürəti saatda 285 kilometrə çatıb.
Dəymiş zərərin miqyası fövqəladədir və ölüm sayının artacağı da deyilir. Bu arada, başqa iki tufan da qasırğaya çevriləcək qədər gücləndirib.
Qasırğa, güclü leysan və külək yaratdığından adanın üç milyon əhalisinin yarıdan çoxu enerjisiz qalıb. Rəsmiləri bildiriblər ki, bir neçə gün işıq olmaya bilər.
Qasırğa ilk olaraq Antiqua və Barbuda adalarını vurub. Barbudada bir uşaq ölüb, evlərin 95 faizi zərər görüb, baş nazir Qaston Braun deyib.
«Ada demək olar ki, suyun altındadır», o, 1600 nəfərin yaşadığı adanın üzərindən uçarkən bildirib.
80 min nəfərin yaşadığı Antiquada isə ölüm-itim halı olmayıb, rəsmilər qeyd edirlər.
Məlumata görə, St. Martin və Seynt Bartelemi ərazilərində azı 6 nəfər ölüb.