

6 metr hündürlükdə dalğalar, saatda 225 km sürət yığan fəlakət
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
Vyetnamdakı qasırğa nəticəsində itkin düşənlərin sayı 40-a çatıb
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
Qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb
Təyyarə uçuşları və qatar reysləri ləğv edilib
Qasırğa 10 nəfərin həyatına son qoyub, 20 itkin var
ABŞ 5 illik plan hazırlayıb
Dəymiş zərərin miqyası fövqəladədir
Hyuston daşqını - kimyəvi zavodda nə baş verib?
Qasırğa 9 nəfərin həyatına son qoyub
2 nəfər həlak oldu,, 42 yaralı var
İki nəfər həlak olub, xeyli yaralı var
Kosmik aparatlar təhlükədə
Şənbə günü Neyt (Nate) qasırğası güclənərək, sürətli şəkildə mərkəzi Meksika Körfəzindən ABŞ-ın Körfəz sahilinə doğru yaxınlaşıb. Milli Qasırğasının verdiyi məlumata görə, qasırğanın şənbə gecə quru əraziyə daxil olacağı gözlənilir.
Saatda 150 kilometr sürət ilə irəliləyən Neytin Körfəz Sahili ərazisinə daxil olmadan 2-ci kateqoriyaya yüksələcəyi təxmin edilir.
Luizianadan Alabama ilə Florida sərhədinə kimi uzanan ərazidə qasırğa ilə bağlı xəbərdarlıqlar edilib. Bu əraziyə 2005-ci ildə Katrina qasırğasının dağıtdığı Nyu-Orleans şəhəri də daxildir. Cümə Nyu-Orleans şəhərinin şərqindəki ərazilərin sakinlərindən evakuasiya etmələri tələb olunub.
Fırtına şiddətləndiyi üçün şənbə ABŞ-ın Körfəz sahilindəki əsas yük limanları bağlanıb.
Floridanın 29, Mississippinin altı qraflığı və Nyu-Orleansda fövqəladə vəziyyət elan edilib.
Prezident Donald Tramp fırtınanın zərərlərini azaltmaq üçün federal yardımın ayrılmasına dair göstəriş verib. Tropik qasırğa sayılan Neyt bu həftənin əvvəli Mərkəzi Amerikada azı 25 nəfərin ölümünə səbəb olub.
Cümə ABŞ Dövlət Departamenti bəyanat verib. Bəyanatda «Biz Neyt qasırğasının təsirinə məruz qalan Nikaraqua, Kosta Rika və Hondurasın yanındayıq və qasırğa nəticəsində ölənlərin yaxınlarına başsağlığımızı bildiririk... Biz lazım olan hər bir yardımı etməyə hazırıq» deyilib.
Maria qasırğası
Vitse-prezident Mayk Pens cümə Maria qasırğası nəticəsində viran olan Puerto Rikoya, eləcə də İrma və Maria qasırğalarının təsirinə məruz qalan Sent Krua və ABŞ-ın Vircin adalarına səfər edib.
Fəlakətli beşinci kateqoriyalı Maria qasırğasının Puerto Rikoya zərər verməsindən iki həftə sonra, ABŞ ərazisi hələ də qasırğanın viranedici təsirlərindən qurtulmağa çalışır. Qubernator Rikardo Rossello deyib ki, Puerto Rikonun təkcə 8,6 faizinin elektriki bərpa edilib, 1619 telekommunikasiya qüllələrindən isə yalnız 365-i təmir olunub.