Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:35 | 5 yanvar 2018 | Cümə
Məqaləyə 2936 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ Prezidenti Donald Trampın hökuməti, ölkənin dənizlərində neft - qaz axtarışı və istehsalı fəaliyyətlərinə icazə vermək üçün bir plan hazırladıqlarını açıqlayıb.
ABŞ Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Sakit və Atlantik okeanları Meksika Körfəzi sahillərində neft və qaz hasilatı, qazma və istehsalına icazə vermək üçün «Amerikanın Dəniz Neft və Qaz Potensialını Sərbəst Buraxmaq» adlı 5 illik bir plan hazırlandığı bildirilib.
Açıqlamada, plan çərçivəsində, ABŞ-ın federal sahillərinin və açıq dənizlərinin 90 faizdən çoxunun 2019-2024 dövründə neft-qaz axtarışı, qazma və istehsalı fəaliyyətlərinə açılmasının nəzərdə tutulduğu bildirilib.
Neft-qaz şirkətlərinin icarə müqaviləsi yolu ilə axtarış-qazma və istehsal fəaliyyətləri ilə məşğul ola biləcəyi qeyd edilən açıqlamada, plan sayəsində Alyaskada 19, Sakit Okean regionunda 7, Atlantik Okeanı regionunda 9 və Meksika Körfəzi ortalarında 12 sahənin neft və qaz fəaliyyətinə açılacağı məlumatına yer verilib.
Açıqlamada fikirlərinə yer verilən ABŞ Daxili İşlər Naziri Ryan Zinke, «Enerji resurslarımız iqtisadiyyatımız və enerji təhlükəsizliyimiz baxımından əhəmiyyətlidir» ifadəsini istifadə edib.
Açıqlamada, plan ilə əlaqədar olaraq ABŞ ictimaiyyətinin, şirkətlərinin və təşkilatlarının 16 Yanvardan etibarən fikirlərinin qəbul olunmağa başlanacağı məlumatı da verilib.
«Sierra Club»dan sərt reaksiya
ABŞ Daxili İşlər Nazirliyinin açıqlamasının ardından, ilk reaksiya ekologiya təşkilat «Sierra Club» tərəfindən olub.
«Sierra Club»dan verilən edilən açıqlamada, ABŞ-ın Nyu Cersi, Şimali və Cənubi Karolina, Virciniya ilə Florida ştatlarının qubernatorlarının və xalqının açıq dənizlərdə qazma fəaliyyətlərinə qarşı olduğu vurğulanıb.
Açıqlamada fikirlərinə yer verilən «Sierra Club»un İcraçı Direktoru Maykl Brune, «Taump və Zinke, kampaniyalarını dəstəkləyən və hökumətdə yer alan enerji sənayesinə qulaq asır, ABŞ xalqının istəklərinə qarşı hərəkət edir», - deyib.
Həmçinin, açıqlamada, Trampın sələfi Barak Obamanın Ağ Evdən ayrılmadan əvvəl Qütb bölgəsində və Atlantik okeanındakı açıq dənizlərdə qazma fəaliyyətini müddətsiz olaraq qadağan etdiyi xatırladılıb.
Obamanın 2016-cı ilin dekabr ayında verdiyi qərarda, ABŞ-ın Qütb zonalarının və Atlantik Okeanı sahillərinin neft-qaz axtarışı və istehsalı fəaliyyətinə «müddətsiz bağı» olacağını bildirmişdi.
Ekspertlər, ABŞ Daxili İşlər Nazirliyinin yeni planının fəaliyyətə keçməsinin təxminən 18 ay davam edəcəyini bildirir.