
Siqnal mənbəyi aşkar edildi
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Köhnə peyklər ozon təbəqəsini məhv edir
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?
NROL-57-nin funksiyası məxfidir
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
Rusiya son bir ayda ikinci hərbi peykini qaldırıb
Biz yadplanetlilərin tapılması ərəfəsindəyik?
Heydər Əsədovun hesabatı özünü doğrultmur, İlham Əliyev taxıl müəmmasına görə kosmik peyki işə salır
«LUCY» və «Psyche» - milyard dollarlıq missiya
«Azərkosmos» yer səthinin müşahidəsi üzrə peyki orbitə göndərib
Say 90-a çatdı
ABŞ Müdafiə Nazirliyi kritik atmosfer məlumatlarının toplanması proqramını iyunun sonunda dayandıracaq. “The Guardian”a danışan elm adamları, qərarın xüsusilə qasırğa proqnozlarında “on illik geriləmə” ilə nəticələnə biləcəyini söylədi.
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) iyunun 25-də elm adamlarına mesaj göndərərək “son xidmət dəyişikliklərinə görə” Müdafiə Meteoroloji Peyk Proqramının (DMSP) 30 İyun 2025-ci ilə qədər bütün məlumatların toplanması, işlənməsi və paylanması fəaliyyətlərini dayandıracağını deyib.
***
Dünyanın hər yerində gündə iki dəfə çox yüksək ayırdetmə ilə xəritə çəkə bilən DMSP peykləri xüsusilə Arktika dənizinin buzunun və qasırğanın inkişafının monitorinqi üçün unikal resurs təmin edib. DMSP-NOAA tərəfdaşlığı bu məlumatları ictimaiyyətə açıq edib.
NOAA, dəyişikliklərin proqnoz keyfiyyətinə təsir etməyəcəyini deyib. Lakin bir çox elm adamları DMSP-ni əvəz edə biləcək başqa heç bir ABŞ proqramının olmadığını deyirlər.
Florida Dövlət Universitetində qasırğa tədqiqatçısı Olison Vinq, “Hazırda bir az koruq. Bu peyklər inkişaf edən qasırğaların içərisini görməyə imkan verdi – proqnozlaşdırmada kritik bir üstünlük idi. İndi bu imkan bizdə olmaya bilər”.
***
DMSP peykləri həm də Şimal və Cənub qütblərində baş verən dəyişiklikləri izləmək üçün unikal məlumat mənbəyi idi. Onlar 40 ildən artıqdır ki, qütblərdə dəniz buzunun dəyişməsini davamlı olaraq izləyirlər.
DMSP məlumatlarına əsaslanaraq Antarktidada araşdırma aparan Delaver Universitetinin okeanoqrafı Karlos Moffat bu qərarı “bu planetdə ən sürətlə dəyişən bəzi bölgələri müşahidə etməyi dayandırmaq, sözün əsl mənasında gözlərimizi bağlamaq deməkdir” kimi təsvir edib.
Alimlər hesab edir ki, peyklər hələ də normal fəaliyyət göstərdiyindən və məlumatların toplanmasında texniki nasazlıq olmadığından, məlumat axınının kəsilməsi qərarının şüurlu bir qərar olduğu bildirilir.
***
DMSP-ni bağlamaq qərarı, NOAA-nın bu il Donald Trampın Hökumət Səmərəliliyi Departamentinin (DOGE) təşəbbüsü çərçivəsində ətraf mühit proqramlarına ciddi şəkildə kəsilməsi ilə üst-üstə düşür.
Adının çəkilməsini istəməyən bir NOAA alimi, qərarın digər son hadisələrlə birlikdə nəzərdən keçirildikdə, “elmin sistematik məhvinə” bərabər olduğunu deyib.
Mütəxəssislər deyirlər ki, DMSP məlumatlarının kəsilməsi proqnoz keyfiyyətini dərhal pisləşdirəcək və qütb buzlarının müşahidələrində boşluqlar yaradacaq, xüsusən də ilin bu dövründə qasırğa mövsümü tam sürətlə davam edir.
NOAA-nın Milli Qasırğa Mərkəzinin meteoroloqu Maykl Louri, “Bu qərar məntiqsiz, məsuliyyətsizdir və qasırğa xəttində on milyonlarla amerikalını risk altında qoyur”, – deyib.
Müdafiə Nazirliyi proqramın niyə belə qəfil dayandırıldığı ilə bağlı hələ dəqiq açıqlama verməyib.