
Qara dəliklə bağlı yeni fərziyə
Kosmos-zaman anlayışı kvant məlumatının məhsulu ola bilər
Kosmos-zaman anlayışı kvant məlumatının məhsulu ola bilər
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Yer atmosferinə daxil olan hissəciklər “axan ulduzlar” əmələ gətirəcək
Elm adamları onun 1 milyard il ərzində bu yolu necə keçdiyini anlamağa çalışırlar
Yerdənkənar həyat üçün hələ də ən güclü sübut
“İlk dəfə əldə edəndə nəticənin səhv ola biləcəyindən şübhələnirdik”
“Spectrum” raketi buraxıldıqdan 30 saniyə sonra partlayıb
Planet bir müddət Yerdən başqa cür görünəcək
Ən böyük problem Qırmızı planetdə ciddi sağlamlığına riskləri yaradan toz fırtınalarıdır
Həddən artıq təmizlik kosmik stansiyada problem yaradır
NROL-57-nin funksiyası məxfidir
“Böyük sayda ulduz kiçik həcmdə sürətlə formalaşır”
Qaranlıq enerji kainatı parçalayacaqmı?
“Onlar daha əvvəl qarşılaşdığımız hər şeydən tamamilə fərqli görünə bilər”
Kəşfiyyat məqsədli “Soyuz” hərbi kosmodromdan buraxılıb
Günəş sisteminin uzaq sərhədlərində təəccüblü kəşf
Kosmik texnologiyalarla bağlı ötən həftə Bakıda yüksək səviyyədə keçirilən “Space Technology Conference – STC2025” konfransında bir məqam diqqətimi cəlb etdi.
İlk öncə qeyd edim ki, bu konfransda 40-dan çox ölkədən 400-dən artıq nümayəndə iştirak edirdi.
Dünyanın kosmos ailəsi burada təmsil olunurdu. Kosmik şirkətlərin sərgiləri də təşkil olunmuşdu. Çinlə kosmik əməkdaşlıq sazişindən dərhal sonra Azərbaycanda belə yüksək səviyyədə kosmik tədbirin keçirilməsi diqqət cəlb edən idi.
Konfransda İsrailin “IAI” şirkəti də təmsil olundu – hansı ki bizim müşahidə peyklərimizi bu şirkət hazırlamalıdır.
Xatırladıram ki, “Azərsky1” müşahidə peykimiz vaxtından əvvəl idarəetmədən itəndən sonra Azərbaycan yeni müşahidə peyklərinin hazırlanması üçün İsrail şirkəti ilə 120 milyon dollar məbləğində müqavilə imzalayıb.
“IAI” həmçinin Azərbaycanda peyk istehsalı üçün kosmik infrastruktur da qurmalıdır.
Lakin gözləntilərin əksinə olaraq, nə Azərbaycan, nə də İsrail tərəfi bu peyklərin hazırlanması, istehsal infrastrukturunun qurulması və işlərin gedişi barədə Konfransda bir açıqlama vermədilər. Halbuki müqaviləyə görə 2026-cı ilədək bir peykin hazır olması nəzərdə tutulurdu.
Yəni görünən odur ki gələn il hazır olması, orbitə qaldırılması nəzərdə tutulan peyklə bağlı suallar doğuran səssizlik var.
Görəsən bu səssizliyin səbəbi nə ola bilər ?
Düşünürəm ki, əsas məqam müqavilənin zamanında icrasının mümkün olmaması ilə bağlı ola bilər.
Bəs gecikmə nəyə əlaqəli ola bilərdi ?
Xatırladıram ki, İsrail və “HƏMAS” terror təşkilatı arasında müharibə həmin müqavilənin mürəkkəbi qurumamış, imzalanma mərasimindən bir neçə gün sonra başlamışdı.
Fikrimcə müharibə ilə bağlı regionda yaranmış situasiya, İsrailə qarşı müəyyən beynəlxalq təsirlər bu texnoloji layihənin də gecikməsinə səbəb ola bilər.
Eyni zamanda düşünürəm ki bu səssizlik, əvvəllər bəzi Avropa ölkələrinin Azərbaycanla əlaqəli texnologiya ixracı ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri də xatırladır.
İkinci Qarabağ savaşında Azərbaycan Türkiyənin “Bayraktar” PUA-larından effektiv istifadə etdiyinə görə Kanada Türkiyəyə sanksiya tətbiq edərək, dron istehsalı üçün optik texnologiyaları verməkdən imtina etmişdi.
Ehtimal etmək olar ki, müşahidə peykləri üçün zəruri olan həssas texnoloji komponentlərin ixracında da oxşar çətinliklər var.
Xatırladıram ki, cari ildən Azərbaycan Çinlə də kosmik sahədə strateji əməkdaşlığa başlayıb.
Bu əməkdaşlıq Azərbaycanın texnoloji alternativlərini genişləndirmək, qlobal kosmik bazarda mövqeyini möhkəmləndirmək baxımından da önəmlidir.
Yəni müəyyən təsirlərdən dolayı İsrail ilə əməkdaşlıq baş tutmazsa, ən azı alternativlərimiz var.
Gələn ay İsrailin Baş naziri Netanyahu Azərbaycana gələcək.
Düşünmək olar ki 120 milyonluq müqavilənin icrası ilə məqamlar da müzakirə predmeti ola bilər.
Ümid edirəm İsrail müşahidə peyklərimizi zamanında təhvil verə biləcək.