
ABŞ-ı qasırğa vurdu
Dörd ştatda fəlakətlər törədən tornado ölkənin şərqinə doğru hərəkət edir, ölənlər çoxdur
Dörd ştatda fəlakətlər törədən tornado ölkənin şərqinə doğru hərəkət edir, ölənlər çoxdur
6 metr hündürlükdə dalğalar, saatda 225 km sürət yığan fəlakət
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
Vyetnamdakı qasırğa nəticəsində itkin düşənlərin sayı 40-a çatıb
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
Qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb
Təyyarə uçuşları və qatar reysləri ləğv edilib
Qasırğa 10 nəfərin həyatına son qoyub, 20 itkin var
Saatda 150 kilometr sürətlə ...
Dəymiş zərərin miqyası fövqəladədir
Hyuston daşqını - kimyəvi zavodda nə baş verib?
Qasırğa 9 nəfərin həyatına son qoyub
2 nəfər həlak oldu,, 42 yaralı var
İki nəfər həlak olub, xeyli yaralı var
Kosmik aparatlar təhlükədə
Çinin Qilian dağlarında baş verən fövqəladə insidentdə təcrübəli paraşütçü bulud udma kimi tanınan meteoroloji hadisə nəticəsində 8,5 kilometr hündürlüyə havaya qalxıb. Həyatı üçün təhlükəli vəziyyətdən xilas olan idmançı bu qeyri-adi anları mobil telefonunun kamerası ilə lentə alaraq sosial şəbəkədə paylaşıb. Kadrlarda üzü buzla örtülmüş paraşütçünün həyat mübarizəsi apardığı əks olunub.
***
Bir neçə gün əvvəl 3000 metr hündürlükdən adi paraşüt uçuşu həyata keçirən idmançı havaya qalxdıqdan az sonra gözlənilmədən güclü hava axınlarının təsirinə məruz qalıb. Paraşütçü tornado ilə qarşılaşıb və özündən asılı olmayaraq yuxarıya qalxmağa başlayıb. Ticarət və sərnişin təyyarələrinin uça biləcəyi hündürlüyə sürətlə yüksələn idmançı ölümlə üz-üzə qalıb.
***
Paraşütçünün çəkdiyi və sosial mediada sürətlə yayılan görüntülərində onun donub qalaraq, buludlarda az qala görünməyən paraşütündən yapışmağa çalışdığı və nəfəs almaqda çətinlik çəkdiyi anlar diqqət çəkib. 8,5 kilometr hündürlükdə havanın temperaturu mənfi 40 dərəcəyə enir, oksigen səviyyəsi isə həyatı təmin edən həddən aşağı düşür. Hipoksiyaya (oksigen çatışmazlığı) baxmayaraq huşunu itirməyən idmançı qeyri-adi iradə nümayiş etdirib.
***
“Daimi radio əlaqəsi saxladım” deyən paraşütçü qalxış başa çatdıqdan sonra paraşütünə nəzarəti bərpa edərək yerə təhlükəsiz enməyi bacarıb. Enişdən sonra onun əlləri şiddətli donub, lakin həyatı üçün təhlükə olmayıb. Tədbirin qəhrəmanı kimi tanınan idmançı Ou yaşadıqlarını “əsl möcüzə” kimi təsvir edərək, bunu aşağıdakı sözlərlə yekunlaşdırıb: “Bu hündürlükdə sağ qalmaq çox çətindir. Zehni sərtlik əsasdır”.