

6 metr hündürlükdə dalğalar, saatda 225 km sürət yığan fəlakət
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
Vyetnamdakı qasırğa nəticəsində itkin düşənlərin sayı 40-a çatıb
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
Qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb
Təyyarə uçuşları və qatar reysləri ləğv edilib
“Meta” Texasda biometrik məlumatlarla bağlı fantastik məbləğdə cərimə ödəyəcək
ABŞ-da H5N1 virusuna yoluxan ikinci şəxs karantinə alınıb
Yük maşınında ən azı 46 nəfər ölü tapılıb
Həftə sonu yüzlərlə amerikalı atəşə məruz qalıb, azı 2 polis yaralanıb
Bu il ABŞ-da ən azı 240 kütləvi atışma baş verib
Qasırğa 10 nəfərin həyatına son qoyub, 20 itkin var
16-cı Fransis silah satışlarına ciddi nəzarət edilməsinə çağırıb
Qanlı faciə ştat tarixinə ən çox qurbanla nəticələnmiş hücum kimi düşüb
Saatda 150 kilometr sürətlə ...
Tropik Harvi qasırğası Texasın şərqindən Luiziana ştatına istiqamət götürdükcə, Hyuston şəhərində tarixi leysandan sonra nəhayət bir yüngüllük yaranıb. Lakin Hyuston meri yağışın səngiməsinə baxmayaraq problemlərin hələ bitmədiyi barədə xəbərdarlıq edib.
«Bir trilyon qalon yağış suyu harasa boşaldılmalıdır və region boyu dolmuş su anbarları və göllər yeni daşqınlara səbəb olacaq. Biz bilirik ki, su anbarları və göllər artıq daşqınlara səbəb olub. Ona görə də havanın yaxşılaşmasına baxmayaraq, hələ daşqın problemi bitməyib», deyə Hyuston meri Silvester Törner bildirib.
Minlərlə xilasetmə işçisi və könüllü insanları təhlükəsiz yerə çatdırmaq üçün bütün günü çalışır. Hyustonda minlərlə daha da çox insan kilsədə sığınacaq tapıb.
Prezident Tramp dünən fəlakətlə əlaqədar Texas ştatına səfər edib. Prezident insanlara yardım ediləcəyinə söz verib və ştat və şəhər rəsmiləri ilə problemin həlli üzərində birgə işlədiklərini deyib.
«Bu, əsl komandadır və biz həmişə olduğundan daha tədbirli olmağa çıalışacağıq», deyə prezident bildirib.
Tramp deyib ki, onun administrasiyası və Konqress qasırğa qurbanlarına yardım etmək üçün tədbirlər görəcək.
Tramp onun gəlişinin xilasetmə əməliyyatlarını ləngitməməsi üçün Hyuston şəhərini ziyarət etməyib.
Lakin Ağ Ev rəsmiləri bildirib ki, prezident bərpa işlərinin gedişi ilə tanış olmaq məqsədi ilə şənbə günü Texas ştatına və ola bilsin ki, Luiziana ştatına da səfər etməyi planlaşdırır.
Hazırda qasırğa səbəbindən ölənlərin sayının doqquza çatdığı bildirilir.